Şalva Papuaşvili – İkitərəfli münasibətlər vasitəsilə Brüssel bürokratiyasını ədalətli rəftar və dialoqdan başqa alternativ olmadığına inandırmağa çalışacağıq
Mühüm rəsmi səfər baş tutdu, eyni vaxtda Belçika və Lüksemburqa səfər etmək, həmkarlarımızla, parlament sədrləri ilə görüşmək fürsətimiz oldu; Gürcüstan-Avropa İttifaqı münasibətlərində yaşadığımız narahatlıqlar barədə danışmaq imkanı əldə etdik – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
O, Avropa İttifaqı bürokratiyasının cəhdləri ilə Avropa İttifaqı formatında maneələr yarandığını deyib.
“Həmkarlarımıza Gürcüstan-Avropa İttifaqı münasibətlərinə baxdığımız perspektivi izah etdik. Şadam ki, mövqelərimizə böyük maraq var idi və həmkarlarımızla dialoqun və ədalətli rəftarın münasibətlərin yeganə doğru və avropasayağı yolu olduğu mövzusunda həmfikirik. Bu münasibətlərin bu məcraya qayıtması vacibdir. Brüsselin 2024-cü ilin iyun ayında avrointeqrasiya prosesinin birtərəfli qaydada dayandırılması ilə bağlı qəbul etdiyi qərara yenidən baxması mühümdür. İkitərəfli münasibətlər çox vacibdir. Bir səviyyə Avropa İttifaqı ilə münasibətlərdir, lakin digər ölçü və səviyyə ikitərəfli əlaqələrdir. Təəssüf ki, Avropa İttifaqı bürokratiyasının cəhdləri ilə Avropa İttifaqı formatında maneələr yaradıldığı bir vaxtda, biz ikitərəfli münasibətlər formatını unutmamalıyıq. Yekun olaraq, Avropa İttifaqı üzv ölkələrin birliyindən başqa bir şey deyil. Buna görə də biz üzv ölkələrlə ikitərəfli formatda səfərlərimizi davam etdirəcəyik. İkitərəfli münasibətlər vasitəsilə Brüssel bürokratiyasını ədalətli rəftar və dialoqdan başqa alternativ olmadığına inandırmağa çalışacağıq” – Papuaşvili bildirib.