Şalva Papuaşvili – Hökumətin istənilən addımı ölkənin təhlükəsizliyinin gücləndirilməsi ilə şərtlənir

21:40, 27.01.2022

Biz gündəlik və daimi təhlükə altındayıq. Ərazimizin 20 faizi işğal olunub, işğalçı qüvvələr var. Ona görə də risklər gündəlik və hər andır, – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Parlamentin sədri Mecvrisxevi yaxınlığında işğal olunmuş ərazilərdə qanunsuz destruktiv hərəkətlərin müşahidə olunduğu barədə yayılan məlumatlara münasibət bildirib.

Şalva Papuaşvilinin sözlərinə görə, hökumətin atdığı istənilən addım ölkənin bununla bağlı əlavə təhlükələrlə üzləşməməsi üçün təhlükəsizliyin gücləndirilməsi ilə şərtlənir.

“Bu, Gürcüstan hökumətinin məsuliyyətidir. Onun hər hansı addımı təhlükəsizliyin gücləndirilməsi və ölkənin təhlükəsizliyinə əlavə təhdidlər yaratmaması ilə bağlıdır. Mənim NATO-ya səfərimin məzmunu bu idi ki, bizim tərəfdaşlarımızla ünsiyyətimiz və regionda təhlükəsizlik və Gürcüstanın təhlükəsizliyi ilə bağlı vahid mövqedən çıxış edirik”, – Şalva Papuaşvili bildirib.

Oxşar