Şalva Papuaşvili Hindistanın vitse-prezidenti, parlamentin yuxarı palatasının sədri ilə görüşüb
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Hindistanın vitse-prezidenti, parlamentin yuxarı palatasının – Ştatlar Şurasının (Racia Sabha) sədri Şri Radhakrişnan ilə görüşüb.
Gürcüstan Parlamentinin mətbuat mərkəzinin məlumatına əsasən, tərəflər Gürcüstan və Hindistanı qarşılıqlı hörmət əsasında inkişaf edən dostluq və səmərəli münasibətlərin birləşdirdiyini qeyd ediblər.
Görüşdə Gürcüstan Parlamentinin sədrinin Hindistan Respublikasına tarixi səfərinin parlament münasibətlərini dərinləşdirmək üçün yaxşı fürsət kimi əhəmiyyəti vurğulanıb.
Tərəflər parlament əlaqələri də daxil olmaqla, ikitərəfli münasibətlərin məsələlərini, eləcə də ticarət-iqtisadi, investisiyalar, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığı müzakirə ediblər.
Həmçinin, görüşdə iki ölkənin müvafiq bölgələrindəki cari hadisələri müzakirə ediblər. Sülh və sabitliyin əhəmiyyəti qeyd edilib. Orta Dəhlizin potensialına və bu istiqamətdə əməkdaşlıq imkanlarına diqqət yönəldilib.
Görüş Şalva Papuaşvilinin Hindistana rəsmi səfəri çərçivəsində keçirilib. Parlament nümayəndə heyətinin tərkibindədir: Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Hindistanla Dostluq Qrupunun rəhbəri Vasil Çiqoqidze, İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvili, “Gürcü Arzusu” fraksiyasının sədr müavini Qenrieta Tsitsava.