Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Hindistanın xarici işlər naziri Subrahmaniam Caişankar ilə görüşüb. Bu haqda məlumatı Gürcüstan Parlamenti yayır.
Parlamentin məlumatında, görüşdə tərəflərin beynəlxalq və regional geosiyasi çağırışları, eləcə də beynəlxalq ticarət və investisiya məsələlərini müzakirə etdikləri deyilir. Həmçinin, Gürcüstan və Hindistan arasında ikitərəfli münasibətlərin inkişafına və bu münasibətlərin parlament ölçüsünün əhəmiyyətinə toxunulub.
“Parlamentin sədri Hindistanın xarici işlər nazirini “Orta Dəhliz” layihəsinin inkişaf aspektləri və onun gələcək perspektivləri ilə tanış edib.
Görüş Şalva Papuaşvilinin Hindistana cari rəsmi səfəri çərçivəsində baş tutub. Parlament nümayəndə heyətinin tərkibindədir: Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Hindistanla Dostluq Qrupunun rəhbəri Vasil Çiqoqidze, İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvili, “Gürcü Arzusu” fraksiyasının sədr müavini Qenrieta Tsitsava” – parlamentin yaydığı məlumatda deyilir.