Şalva Papuaşvili – Herçinski tonunu aşağı salsın, saymazyana tonunu səfirlikdə qoysun, gürcü xalqı və hakimiyyəti ilə diplomata yaraşan şəkildə danışsın

13:49, 05.11.2026

 

Pavel Herçinski yəqin gürcü mədəniyyətinin nə demək olduğunu anlamayıb, qonaq ev sahibi ilə bu tonda danışmaz – bu barədə jurnalistlərə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

Şalva Papuaşviliyə Pavel Herçinskinin “Gürcüstan nə vaxtsa Avropa İttifaqının üzvü olmaq istəyirsə, Amerika, rus və ya Çin qanunlarını deyil, avropasayağı qanunları qəbul etməlidir” deyə verdiyi bəyanatı ilə bağlı sual verilib, buna cavab olaraq, parlamentin sədri Gürcüstanın Avropa olduğunu və Avropa qanunlarını qəbul etdiyini bildirib.

“Biz haradayıq, Amerikayıq, Çinik, yoxsa nəyik? Biz Avropayıq, avropasayağı nə deməkdir? Biz avropasayağı qanunları qəbul edirik, biz Avropayıq. Cənab Herçinski Avropanın hansısa kahini olduğunu və burada bizə Avropanın nə olduğunu dediyini zənn edirsə, bilmirəm, əgər kiməsə Avropanın izahı lazımdırsa, gedib öz ətrafındakı insanlara izah etsin. Biz Avropayıq və avropasayağı qanunları qəbul edirik. Əgər bu onun və ya Brüsselin zövqünə uyğun deyilsə, bu başqa məsələdir. Bir daha xoşlarına gəlmir? Anladıq, prosesi dayandırdılar, anladıq və niyə qəzəblənirlər, bunu anlaya bilmirəm. Bu məsələyə qayıtmaq istəyirəm. Dünən cənab Herçinskinin brifinqini gördük, hansısa tövsiyələrdən danışırdı. Ona verəcəyim ilk tövsiyə tonunu aşağı salmasıdır. Burada akkreditə olunmuş diplomat Gürcüstan hakimiyyəti ilə aqressivliklə, aqressiv, iddialı və öyrədici tonla danışmamalıdır. Mənim tövsiyəm bu olardı və tonunu aşağı salsın” – Şalva Papuaşvili qeyd edib.

Onun sözlərinə əsasən, dünən Pavel Herçinski mətbuat konfransında qəzəbli idi və iddialı tonda danışırdı.

“Ümumiyyətlə, bu nə qaydadır ki, qonaq ev sahibi ilə bu tonda danışır? O yəqin gürcü mədəniyyətinin nə demək olduğunu anlamayıb, qonaq ev sahibi ilə bu tonda danışmaz – bu bir. İkincisi, bu tonun tərkib hissəsi kimi dünən dedi ki, “nəyin barəsində dialoq aparaq, Qlobal Müharibə Partiyası və “dərin dövlət” barədə dialoq aparmalıyıq, bunu ciddi deyirsiniz?” Dünən bunu gördünüz, elə deyilmi? Bəs nə barədə dialoq aparmalıyıq? Onun rəhbəri Marta Kosun Gürcüstanda Rusiyanın qalib gəldiyini deməsi barədəmi? Ciddi şəkildə? Bununla əlaqədar dialoq aparmağımızı istəyirlər, Rusiyanın qalib gəlib-gəlmədiyi barədə? Dialoqu bununla əlaqədar istəyir, yoxsa Herçinskinin Gürcüstanın öz qaranlıq keçmişinə qayıtdığını bəyan etməsi barədə? Ciddi şəkildə? Qaranlıq keçmişə qayıdıb-qayıtmadığımız barədə danışmaq istəyir? Yoxsa 2022 ya 2023-cü ildə ədliyyə nazirinin yanına saxta demarşla gedib Saakaşvilinin öldüyünü dediyi məsələ barədə dialoq istəyirlər – ölürdü, yoxsa ölmürdü? Dörd il keçib, adamın övladı dünyaya gəlib və siyasi prosesləri həbsxanadan demək olar ki, idarə edir. Ciddi şəkildə? Bununla əlaqədar dialoq istəyir? Odur ki, cənab səfirə məsləhət görərdim ki, bu saymazyana tonunu səfirlikdə qoysun, gürcü xalqı və hakimiyyəti ilə diplomata yaraşan şəkildə danışsın” – Şalva Papuaşvili bildirib.

Oxşar