Şalva Papuaşvili - Hər bir radikal "QHT"nin arxasında bir radikal donor dayanır, bunu ABŞ-ın yeni administrasiyası son günlər ifşa etdi
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, “hər bir radikal QHT-nin arxasında bir radikal donor dayanır”. Bu barədə Papuaşvili sosial şəbəkədə yazıb və “Transparency International – Georgia” yazısını paylaşıb.
“Hər radikal QHT-nin arxasında bir radikal donor dayanır”. ABŞ-ın yeni administrasiyası bu günlərdə məhz bunu açıqlayıb.
“Transparency International USAID və İsveç hökuməti tərəfindən maliyyələşdirilir”. – Şalva Papuaşvili sosial şəbəkədə yazır.