Şalva Papuaşvili – Həlak olan mədənçinin ailəsinə başsağlığı verirəm, istintaq başlanılıb və ümid edirəm ki, faciə ilə bağlı bütün hallar tezliklə müəyyənləşəcək
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tkibuli mədənində baş vermiş qəza nəticəsində həlak olan şəxsin ailəsinə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayır.
Papuaşvilinin sözlərinə görə, hazırda araşdırma aparılır və o, faciə ilə bağlı halların tezliklə məlum olacağına ümid edir.
“İlk növbədə Tkibuli mədənində baş vermiş faciəyə əks-səda vermək istəyirəm. Mərhum şaxtaçının ailəsinə başsağlığı verir, mədənçilərə şəfa diləyirəm. Bildiyiniz kimi, istintaq başlayıb və ümid edirəm ki, bu faciə ilə bağlı bütün hallar tezliklə müəyyənləşəcək”, – Şalva Papuaşvili parlamentin büro iclasında deyib.
Tkibuli mədənində baş verən qəzada bir nəfər həlak olub, bir neçə nəfər yaralanıb.