Şalva Papuaşvili - Heç bir şeyə təminat vermədən bizdən Rusiya ilə eskalasiyaya getməyi tələb edirdilər, indi NATO ordusu olan öz orduları üçün təhlükəsizlik təminatları tələb edirlər
Şalva Papuaşvili - Heç bir şeyə təminat vermədən bizdən Rusiya ilə eskalasiyaya getməyi tələb edirdilər, indi NATO ordusu olan öz orduları üçün təhlükəsizlik təminatları tələb edirlər

 

Estoniyanın Əfqanıstandakı NATO missiyasındakı ən böyük kontingenti 150, bizimki – 1560 əsgər idi, bu insanlar ümumiyyətlə heç bir şeyə təminat vermədən bizdən Rusiya ilə eskalasiyaya getməyi tələb edirdilər – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvili Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın “Təhlükəsizlik təminatları sülhməramlı qüvvələri də əhatə etsə, Estoniya Ukraynaya qoşun göndərəcək” deyə verdiyi bəyanata münasibət bildirib.

“Bu insanlar ümumiyyətlə heç bir şeyə təminat vermədən bizdən Rusiya ilə eskalasiyaya getməyi tələb edirdilər və indi eyni zamanda, NATO ordusu olan öz orduları üçün təhlükəsizlik təminatları tələb edirlər. Estoniyanın Əfqanıstandakı NATO missiyasındakı ən böyük kontingenti 150, bizimki – 1560 əsgər idi” – Şalva Papuaşvili yazır.