Şalva Papuaşvili - Hamı yalan narrativlərdən əl çəksin, vəziyyəti qarışdırmaq üçün bununla xüsusilə "Lelo" seçilir, lakin heç nə alınmır
Şalva Papuaşvili - Hamı yalan narrativlərdən əl çəksin, vəziyyəti qarışdırmaq üçün bununla xüsusilə "Lelo" seçilir, lakin heç nə alınmır

 

Hamı yalan narrativlərdən əl çəksin, vəziyyəti qarışdırmaq üçün bununla xüsusilə “Lelo” seçilir, lakin heç nə alınmır – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Bununla yanaşı, Papuaşvili jurnalistlərə “Lelo” tərəfindən qeydə alınan qanun pozuntuları barədə məlumat verib.

“Hamı yalan narrativlərdən əl çəksin, vəziyyəti qarışdırmaq üçün bununla xüsusilə “Lelo” öz televiziyası ilə seçilir, lakin heç nə alınmır.
“Lelo” Ozurqetidə daşınan seçki qutusunun arxasınca getmədi, bu da onun tərəfindən yol verilmiş pozuntudur. “Lelo” Tbilisinin məntəqələrində kameralar quraşdırıb və məlum oldu ki, bu kameraların səs yazma funksiyası var, bu, pozuntudur və bu barədə şikayət yazacağıq, çünki görünür, səs yazmaq istəyirlər. İstənilən halda bu kameralarda səs yazma funksiyası var. Məntəqələrin birində “Lelo”nun nümayəndəsi şikayət yazırdı, guya, sızma haqda, lakin əlində bu barədə heç bir sübut yox idi və bunu qeydə almışıq. Əvvəlki seçkilərdən də saxta narrativlər yadımızdadır. Kimsə kiməsə pul verə bilər, lakin bu, məişət münasibəti səviyyəsində ola bilər və bunun seçki ilə heç bir əlaqəsi olmaya bilər. Yadımızdadır, ər arvadına pul verdi və onlar bunu guya seçiciyə rüşvət verilməsi kimi gürcü ictimaiyyətinə təklif etmək istəyirdilər. Ümid edirəm ki, heç kim ərlərin seçki günü arvadlarına rüşvət verməyə çalışması barədə düşünməyəcək” – Papuaşili bildirib.