Şalva Papuaşvili - Hakimiyyətin devrilməsini nəzərdə tutan layihə başa çatdı, indi hər kəsin cəzanı qəbul etməyə cəsarəti çatmalıdır
Hakimiyyətin devrilməsini nəzərdə tutan layihə başa çatdı – bu barədə parlamentin sədri Şalva Papuaşvili Gürcüstanın Birinci Kanalının “Aktual mövzu – Maka Tsintsadze ilə birlikdə” verilişində deyib.
“Ən əsası, indi hər kəs bunun nəticələrini qəbul etməlidir. Əgər dövlətə və öz ölkələrinə qarşı çıxmağa cəsarətləri var idisə, indi ölkəyə qarşı çıxanların başına gələcək cəzanı da qəbul etməyə cəsarətləri olmalıdır. Belə ki, onlar bu cəza üçün də hazır olmalıdırlar” – Papuaşvili bildirib.
O bildirib ki, ictimaiyyət bir neçə min insanın qarşısında dayanan təşkilatçıları dinləyirdi, onlar Gürcüstan Prezidentinin iqamətgahını ələ keçirməyə və açarları təhvil verməyə birbaşa çağırış etdilər, bu gün isə bu yetkin insanlar tərəfindən timsah göz yaşlarını görürdük.
“Deyirdilər ki, belə olacağını və başqa şey baş verəcəyini nə biləydilər. Agentin taleyi belədir, ona tapşırıq verirlər, cəsarətləndirirlər, hər şeyin problemsiz keçəcəyini düşündürürlər, sonra uğursuz olur, Mixeil Saakaşvili dəmir barmaqlıqlar arxasında olduğu kimi bu agent də həbsxanaya salınır və onu kənardan heç bir can çıxara bilməz, özü də görür, onu beləcə həbsxanada qoyurlar, öz cəzasını çəkməyə” – Papuaşvili bildirib.
Verilişin aparıcısı sual verib ki, 4 oktyabr hadisələrindən sonra müxalifətçi siyasətçilər hara yoxa çıxdılar, çünki əvvəlcə bəyanatlar verilirdi ki, sülh yolu ilə hakimiyyətin devrilməsinə faktiki olaraq bütün siyasətçilər, o cümlədən “Lelo” partiyasından olanlar da qoşulurdular, lakin sonra proseslər inkişaf etdikcə məlum oldu ki, səhnədə yalnız beş nəfər qalıb, digərləri isə görünmürdülər. Şalva Papuaşvili bu suala cavabında gəmi batanda siçovulların qaçdığını bildirib.
“Gəmi batanda siçovullar hara qaçırlar? Bax belə, hamı siçovul kimi qaçdı. Zamanında, 2008-ci ildə Gürcüstanda müharibə olanda o vaxtkı hakimiyyətin nümayəndələri siçovul kimi sərhədə doğru qaçırdılar və hər dəfəsində belə siçovul kimi qaçırlar. Gördük ki, başqa vaxtlar lovğalanan siyasətçilər bu gün özlərinə haqq qazandırası olurlar, harada idilər, niyə Rustavelidə deyildilər, biri tutulanda, o biri harda idi və s. Bilirəm, bütün siçovullar səpələnmişdi, bəzilərini sonradan evlərindən, bəzilərini isə xəstəxanadan apardılar. Deməli, xain təbiəti belədir və həmişə belə olacaq” – Papuaşvili bildirib.
Papuaşvilinin qeyd etdiyi kimi, elan edilən şey və onların təbliğatçılarından birinin bu gün ağzından qaçırdığı şey baş verməli idi.
“Qan tökülməli, atışma və tələfat olmalı idi. Bax bu olmalı idi, sonra xaos və 90-cı illər; sonra isə əlbəttə Brüsseldən və müxtəlif tərəflərdən narahatlıqlar, məyusluq, humanitar yardımlar və timsah göz yaşları görəcəkdik. Xatırladım ki, həmin gecə, prezidentin iqamətgahına hücum zamanı, Moldova Prezidenti bəyanat verdi və gürcü xalqına, yəni ekstremistləri nəzərdə tutur, ekstremistlərə dəstək verdi. İkinci gün Moldovanın Xarici İşlər Nazirliyinin daha yumşaq bəyanatı var idi. Anladılar ki, zorakılığın dəstəklənməsində çox irəli gediblər və sonra geri çəkilməyə çalışdılar, lakin sözlər heç vaxt itmir və əlyazmalar yanmır. Belə ki, onun bəyanatı, Moldova Prezidentinin zorakılıq törədənləri dəstəkləyən bəyanatı kimi hələ də qalıb” – Papuaşvili bildirib.