Şalva Papuaşvili Gürcüstanın səfirlərinə parlamentdə ev sahibliyi edib
Parlamentin sədri Şalva Papuaşvili 2025-ci ilin Səfirlər Konfransı çərçivəsində işgüzar sessiya formatında Gürcüstanın səfirlərinə parlamentdə ev sahibliyi edib.
Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili işgüzar sessiyanın açılışını edib.
Şalva Papuaşvili səfirlərə və səfirliklərin əməkdaşlarına parlament diplomatiyası çərçivəsində ikitərəfli səfərlərin planlaşdırılmasında və həyata keçirilməsində, eləcə də beynəlxalq platformalar çərçivəsində keçirilən tədbirlərdə parlament nümayəndə heyətlərinə göstərdikləri səmərəli köməyə görə təşəkkür edib.
Şalva Papuaşvili səfirlərlə parlamentin qanunvericilik fəaliyyəti haqqında danışdı. O, institusional məsələlərə, demokratiyanın qorunması mexanizmlərinə, parlamentin reqlamentinə, yeni seçki məcəlləsinə və əmək miqrasiyası məsələlərinə dair qanunları və qanunlara edilən dəyişiklikləri müzakirə edib. Şalva Papuaşvilinin sözlərinə əsasən, parlament cari hadisələrə və proseslərə reaksiya verir və Gürcüstan Konstitusiyasına, eləcə də beynəlxalq insan hüquqları standartlarına uyğun qanunlar qəbul edir.
Sessiyanın ikinci hissəsi parlament diplomatiyasına həsr olunmuşdu. Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze parlament diplomatiyasının ikitərəfli və çoxtərəfli aspektləri haqqında danışıb. Gürcüstanın parlament assambleyalarında iştirakı məsələsinə xüsusi diqqət yönəldilib.
İşgüzar sessiya çərçivəsində parlament dostluq qrupları arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.
İşgüzar sessiyanın sonunda parlamentin sədri səfirlərin suallarını cavablandırıb.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.