Şalva Papuaşvili - Gürcüstanın demokratiyasına qarşı dezinformasiya fırtınası aparılır, 2020-ci ildə gördüyümüz və artıq “Makkeyn İnstitutu”nun hesabatında yazılmış eyni ssenari təkrarlanır
Şalva Papuaşvili - Gürcüstanın demokratiyasına qarşı dezinformasiya fırtınası aparılır, 2020-ci ildə gördüyümüz və artıq “Makkeyn İnstitutu”nun hesabatında yazılmış eyni ssenari təkrarlanır

 
Gürcüstanın demokratiyasına qarşı dezinformasiya fırtınası aparılır, 2020-ci ildə gördüyümüz və artıq “Makkeyn İnstitutu”nun hesabatında yazılmış eyni ssenari təkrarlanır – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşvili Makkeyn İnstitutunun hesabatında yazılmış ssenarini birbaşa izlədiklərini bildirir.

“Dünən bir qrup qeyri-hökumət təşkilatının bəyanatını gördük. Onların arasında bəziləri, bildiyiniz kimi, seçki məqsədi olan subyektlər kimi tanındı və bu haqda Anti-korrupsiya Bürosu sübutlar təqdim etdi. Məhkəmənin qərarı ilə də təsdiqlədi ki, məsələn, “Beynəlxalq Şəffaflıq” təşkilatının seçki məqsədləri var, bu onsuz da görünürdü. Bu təşkilatlar oktyabrın 20-də Tbilisinin mərkəzində xaricdən maliyyə vəsaiti hesabına seçki tədbiri təşkil etdilər, bu da öz növbəsində pozuntudur, lakin gəlin dünən baş verənlərə nəzər salaq.

Bu günlər ərzində saxtalaşdırılma ilə bağlı bəyanatlar gördük, cənab Tenqo bizə izah etməli idi, lakin bu saxtalaşdırma vasitələrinin nə olduğunu bizə izah edə bilmədiyi üçün sonra qeyri-hökumət təşkilatları danışmaq məcburiyyətində qaldılar.

Dünən onların birifinqini gördük, orada rəqəmlərin qarmaqarışıqlığı, 300 000 səs, nəsə sübutlar, foto-video material var idi, 180 seçki məntəqəsinin ləğvini tələb edirlər. Nə yüklədiklərini gördük, zamanında mümkün olanlara diqqət yetirdik. Bu cür psevdo-sübutlarla yüksək səslə bəyanatlar verməyə çalışmaları həqiqətən utancvericidir. Gürcüstana qarşı dezinformasiya fırtınasıdır, bu, Gürcüstanın demokratiyasına adi informasiya hücumudur. 2020-ci ildə gördüyümüz eyni ssenari təkrarlanır, yeri gəlmişkən, bu ssenari seçkidən bir neçə həftə əvvəl dərc edilmiş “Makkeyn İnstitutu”nun hesabatında artıq yazılıb. Onlar birbaşa orada yazılan ssenariyi izləyirlər” – Şalva Papuaşvili bildirib.

26 oktyabr parlament seçkiləri öncəsi “Makkeyn İnstitutu”nun qlobal demokratiya proqramlarının direktoru, NDI-ın Gürcüstandakı ofisinin sabiq rəhbəri, Lora Tornton hesabat hazırlayıb. Hesabat sentyabrın 17-də Makkeyn İnstitutunun veb səhifəsində dərc olunub.

Hesabata əsasən, gürcü qeyri-hökumət təşkilatlarının bir hissəsi Avropa İttifaqından vizasız rejimin dayandırılmasını tələb edir. Həmçinin, “Makkeyn İnstitutu”nun hesabatında deyilir: “Gürcü Arzusu” müşahidəçilərin təsdiqi ilə qalib gələrsə, beynəlxalq ictimaiyyət, xüsusən də hökumətin gözlənilən etirazlara reaksiyasının sonrakı monitorinqini aparası olacaq. Həmçinin, “Makkeyn İnstitutu”nun hesabatında qeyd olunur: “Gürcü Arzusu”nun müxalifət tərəfindən Gürcüstanın münaqişəyə cəlb edilməsi ilə bağlı bəyanatı güclü mesajdır, gürcülər Qərbdən təhlükəsizlik zəmanəti görməyiblər”.