Şalva Papuaşvili – “Gürcüstan Ukraynanı dəstəkləyən beynəlxalq təşəbbüsləri sistematik şəkildə dəstəkləməyib” kimi Avropa Komissiyasının hesabatı ilə bizə göstərilən utancverici nankorluğu unutmamalıyıq

11:59, 06.11.2025

 

Avropa Komissiyasının genişlənmə hesabatından danışarkən, biz gürcülər hesabatla bizə göstərilən utancverici nankorluğu unutmamalıyıq – “Gürcüstan Ukraynanı dəstəkləyən beynəlxalq təşəbbüsləri sistematik şəkildə dəstəkləməyib” – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

“Müharibənin başladığı gündən bu yana 1000-dən çox qətnamə, bəyannamə, təşəbbüsü və s. dəstəklədiyimiz halda, bu yalanda nə böyüklükdə nankorluq var” – Şalva Papuaşvili yazır.

Avropa Komissiyası Avropa İttifaqının genişlənmə haqda hesabatını noyabrın 4-də dərc edib.

Oxşar