Şalva Papuaşvili - Gürcüstan NATO-ya üzvlük üçün hər şeyi edib, top tamamilə Alyansın meydanındadır, suallar verilməsi bitməlidir, gürcü xalqı artıq sadəlövh deyil
Görürük, kiməsə sərf edir, Gürcüstan və ya Ukraynanı ortada sıxılmış vəziyyətdə saxlasın, nə orada, nə burada, bu isə təhlükəsizlik risklərini azaltmaqdan daha çox artırır – bu haqda parlamentin sədri Şalva Papuaşvili deyib.
O, NATO-ya üzvlük məsələsinin Gürcüstan Konstitusiyasında təsbit edildiyini bildirib.
“Gürcü xalqı bu cür bəyanatlara qarşı artıq sadəlövh deyil, gürcü xalqı nə ilə üzləşdiyimizi görür. 2008-ci ildə qapıların açıq olduğunu dedilər, o vaxtdan 17 il ötüb. Gürcüstan institusional, eləcə də hərbi yaxınlaşma baxımından, müharibələrə girmək və NATO əsgərləri ilə çiyin-çiyinə mübarizə baxımından hər şeyi edib. Cənab Ruttenin baş naziri olduğu ölkədən 10 dəfə çox Əfqanıstana kontingent göndərmişdik. Beləliklə, bizə doğru barmağın göstərilməsi və suallar verilməsi bitməlidir. Gürcü xalqı barmağın göstərilməsini qəbul edəcək qədər artıq sadəlövh deyil. Top tamamilə NATO-nun meydanındadır. Gürcüstan NATO-nun üzvü olmaq üçün hər şeyi edib, nəinki istək, həm də bu məsələ konstitusiyamızda təsbit olunub. Lakin, görürük ki, kiməsə sərf edir, Gürcüstan və ya Ukraynanı ortada sıxılmış vəziyyətdə saxlasın, nə orada, nə burada, bu isə təhlükəsizlik risklərini azaltmaqdan daha çox artırır.
O cümlədən Ukraynanın nümunəsində NATO-nun ətrafında hansı müzakirələrin aparıldığını görürük. 2022-ci ildə, müharibə başlayanda Prezident Zelenski çıxdı və NATO-ya qəbul edilib-edilməyəcəyimizi nəhayət bizə bildirin dedi, bu NATO-ya bizi qəbul etmirsinizsə, bizə deyin və biz də elan edəcəyik, bəlkə bir gərginlik məsələsi aradan qalxsın. Lakin, demədilər, nə bəli dedilər, nə də xeyr. Top tamamilə NATO-nun meydanındadır. Gürcüstan hər şeyi edib, o cümlədən beynəlxalq missiyalarda iştirak etməklə, Gürcüstanın hərbi kontingentinin 70%-i müxtəlif formalarda missiyalarda, təlimlərdə və s. iştirak edib. Uyğunluq, eləcə də institusional baxımdan, bütün məsələlərdə biz NATO-nun 7-8 üzv ölkəsini geridə qoyuruq. Gürcü xalqı artıq sadəlövh deyil” – Papuaşvili bildirib.
NATO-nun baş katibi Mark Rutte bildirib ki, “Avro-Atlantik məkanda həmçinin NATO-ya üzv ola biləcək istənilən ölkə öz istəyini deyə bilər və sonra proses mövcuddur”.