Şalva Papuaşvili – Gürcüstan keçid demokratiya ölkəsidir, sözsüz ki, demokratik institutlar gücləndirilməlidir, bunun üərində nəinki razılaşırıq, halbuki bu bizim seçki proqramımızın hissəsidir

16:10, 09.12.2021

2024-cü ildə Avropa İttifaqına üzvlük bəyanatından danışanda,hamı dərk edir ki, institurular müvafiq olaraq gücləndirilməlidir ki, bəyanat ciddi şəkildə qəbul olunsun, – bu barədə Gürcüstan Parlamentinin Təhsil Komitəsinin sədri, Şalva Papuaşvili bəyan etdi.

Qeyd olunan şərhlə Şalva Papuaşvili ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini, Erika Olsonun bəyanatına əks səda verdi. Onun bəyanatını “Amerikanın səsi” yayır və burada Olson qeyd edir ki, Gürcüstan hökumətinin hərəkətləri ölkədə cari bəzi demokratik proseslərinə ziyan vurdu, o cümlədən seçki və məhkəmə islahatlarının həyata keçirilməsi istiqamətilə.

“Demokratiya indeksi ilə bağlı istənilən beynəlxalq sorğuya baxın və görün, Gürcüstan bu gün haradadır və bir neçə il əvvəl harada idi. Gürcüstanın hazırkı vəziyyəti ilə 2012-ci ildəki vəziyyəti müqayisə edə biləcək heç kim yoxdur, tam başqadır var – göy və yer kimi”, – Şalva Papuaşvili qeyd etdi.

Elə onun dediyinə görə, Gürcüstan keçid demokratiya ölkəsidir və ölkədə islahatların həyata keçirilməsi davam etdirilməlidir, məhkəmə istiqmətilə və ya başqa sahələrdə.

“Əslində, Parlament bununla məşğul olmalıdır. Lakin görürsünüz təəssüflər olsun, həmkarlarımız Parlamentə boykot elan edirlər. Onun əvəzinə ki, bu proseslərə qoşulmuş olalar, demokratiyaya ziyan vurmaqla məşğuldular. Gürcüstan keçid demokratiya ölkəsidir, sözsüz ki, demokratik institutlar gücləndirilməlidir, bunun üərində nəinki razılaşırıq, halbuki bu bizim seçki proqramımızın hissəsidir. 2024-cü ildə Avropa İttifaqına üzvlük bəyanatından danışanda,hamı dərk edir ki, institurular müvafiq olaraq gücləndirilməlidir ki, bəyanat ciddi şəkildə qəbul olunsun”, – Şalva Papuaşvili bəyan etdi.

 

Oxşar