Şalva Papuaşvili – Gürcüstan heç kim üçün “alçaq hasar” deyil, o cümlədən Avropa İttifaqı üçün də, gürcü xalqını əgər nəsə qıcıqlandırırsa, bu, ona yuxarıdan aşağı baxmaqdır, bizə demokratiya öyrədilməz
Gürcüstan heç kim üçün “alçaq hasar” deyil, o cümlədən Avropa İttifaqı üçün də. Gürcü xalqını əgər nəsə qıcıqlandırırsa, öz tarixi təcrübəsinə əsasən, bu, ona yuxarıdan aşağı baxmaqdır – bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə bildirib.
Papuaşviliyə sual verilib ki, şəffaflıq reyestrində niyə fəal Anano Tsintsabadzenin Polşa tərəfindən maliyyələşdirilən “Solidaritet Fondu PL Gürcüstan” adlı təşkilatı qeydiyyatdan keçmir.
“Bildiyim qədərilə, mediadan məlum oldu ki, bu, Polşa hökumətinin təşkilatıdır. Bütün meyarlara görə bu xarici təşkilatdır, Gürcüstanda fəaliyyət göstərir və qeydiyyatdan keçməlidir. Xarici təşkilatlar belə davrandıqda, ev sahibi ölkənin qanunvericiliyinə hörmət etmədikdə, bu, təbii ki, təəccüblüdür və bununla da maliyyələşdirdikləri yerli təşkilatlara müəyyən ton verirlər. Buna artıq Polşanın səfirliyi cavab verməlidir,” – deyə Papuaşvili qeyd edib.
Onun sözlərinə görə, həm Aİ-nin səfiri, həm də digər səfirliklər, təşkilatlar və ya siyasətçilər gürcü xalqına yuxarıdan aşağı baxmaqdan əl çəkməlidirlər.
“Gürcüstan heç kim üçün “alçaq hasar” deyil, o cümlədən Avropa İttifaqı üçün də. Gürcü xalqını əgər nəsə qıcıqlandırırsa, öz tarixi təcrübəsinə əsasən, bu, ona yuxarıdan aşağı baxmaqdır. Burada heç kim alçaq hasar deyil. Demokratiyanı bizə bəzi Avropa ölkələrindən öyrətməzlər, hansı ki, bütün reytinqlərdə Gürcüstan onlardan öndədir. Bizə qanunun aliliyini də öyrətməzlər. Ona görə də gürcü xalqının qanunvericiliyinə uyğun hərəkət etsinlər,” – deyə Şalva Papuaşvili bildirib.
Bununla yanaşı, Papuaşvili qeyd edib ki, məlum olub – Avropa İttifaqı vətəndaşlarının pulu ilə maliyyələşdirilən şəxs siyasi qətllərə çağırış edir və Gürcüstanın müasir tarixində seçilən siyasətçilərdən biri olan Levan Qaç’eçiladzenin ölümü barədə kinayəli şəkildə danışır.
“Burada Amerikada baş verənlərlə də müəyyən paralellər görürük. Liberallar bir insanın ölümünə istehza etdikdə, eyni əxlaq və mahiyyətə malik insanlarla burada da qarşılaşırıq. Fakt odur ki, bu adam Avropa İttifaqı vətəndaşlarının pulu ilə maliyyələşdirilir. Ola bilər ki, Aİ səfiri bunun fərqində deyildi, amma bir neçə gündür ki, artıq bilir. İndi onun susması həmin bəyanatlardan da pisdir. Problem də məhz bundadır. Bir tərəfdən, yaxşı işlər onların maliyyəsi ilə görüləndə fəxr edirlər, şəkil çəkdirirlər, amma məlum olanda ki, onların maliyyələşdirdiyi insanlar siyasi qətllərə çağırış edir, onda susurlar və gürcü cəmiyyətindən gizlənirlər. Mənim istəyim odur ki, Pavel Herçinski gürcü xalqından gizlənmək əvəzinə, bu suallara cavab versin. Sual sadədir – o, Avropa İttifaqı vətəndaşlarının pulu ilə siyasi qətllərə çağırış edən və insanların ölümünə istehza edən adamı maliyyələşdirməyə davam edəcəkmi, ya yox?” – deyə Şalva Papuaşvili bildirib.