Şalva Papuaşvili - Gürcü ordusunda xidmət etmək üçün gənclərin motivasiyasının olması bizim üçün əsasdır, çağırışçının orduda xidmət etməsi üçün hər cür şəraitin yaradılması naminə yeni "Müdafiə Məcəlləsi"ni qəbul etdik

Bu gün biz parad zamanı təqdim olunan silahlı qüvvələrimizin, müdafiə qüvvələrinin müxtəlif bölmələrini gördük və bu gün and içən gürcü əsgərlərini, onların arasında məcburi çağırışla deyil, öz istəyi ilə gürcü ordusuna qoşulan çağırışçıları gördük – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə deyib.

Papuaşvili bildirib ki, gürcü ordusunda xidmət etmək üçün gürcü gənclərin motivasiyasının olması əsasdır.

“Həm hüquqi, həm də digər şəkildə əsgərin, çağırışçının orduda xidmət etməsi üçün hər cür şəraitin yaradılması naminə yeni “Müdafiə Məcəlləsi”ni qəbul etdik. Müasir təcrübə bizə göstərir ki, bütün texnologiyalara baxmayaraq, nəticə etibarı ilə hər bir müharibədə əsgər və insan dayanır. Biz hamımız özümüzü bu ölkənin əsgəri kimi hiss etməliyik və bu, hər bir gürcünün özünü Gürcüstanın əsgəri kimi hiss etməsi üçün əsas vəzifədir” – Şalva Papuaşvili bildirib.