Şalva Papuaşvili - Gürcü cəmiyyətinin Avropa Komissiyasının mətbuat katibindən gözlədiyi yeganə şey hakimiyyətin devrilməsi məqsədilə təşkil olunmuş toplantının dəstəklənməsinə görə üzrxahlıqdır
Şalva Papuaşvili - Gürcü cəmiyyətinin Avropa Komissiyasının mətbuat katibindən gözlədiyi yeganə şey hakimiyyətin devrilməsi məqsədilə təşkil olunmuş toplantının dəstəklənməsinə görə üzrxahlıqdır

 

Anita Hiperin Gürcüstan hakimiyyətinə qarşı sözlü hücumu məsuliyyətdən qaçmaq üçün çıxılmaz cəhddir – bu barədə parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.

Onun sözlərinə əsasən, Avropa İttifaqının sözçüsü gürcü xalqına münasibətdə neçə dəfə “rus” sözünü istifadə edərsə, o qədər də cavab alacaq.

“Gürcü cəmiyyətinin Avropa Komissiyasının mətbuat katibindən gözlədiyi yeganə şey hakimiyyətin devrilməsi məqsədilə təşkil olunmuş, iştirakçılarının prezident sarayına basqın edərək 25 polisə zərər vurduğu toplantının dəstəklənməsinə görə üzrxahlıqdır. Onun Gürcüstan hakimiyyətinə qarşı bugünkü hücumu məsuliyyətdən qaçmaq üçün çıxılmaz cəhddir.

“Ruscalara” gəlincə – xanım mətbuat katibi şübhə etməməlidir ki, o, gürcü xalqına və onun hakimiyyətinə münasibətdə “rus” sözü ilə yersiz jonqlyorluğa neçə dəfə qərar versə, o qədər cavab alacaq” – Papuaşvili yazır.