Şalva Papuaşvili - "Gürcü Arzusu"nun istənilən təşəbbüsü ilə bağlı mexaniki tənqid göstərir ki, düşünülmüş mövqe ilə deyil, impulslar səviyyəsinə endirilmiş reaksiya ilə qarşı-qarşıyayıq
Məhkəməyə müraciət etmək hüququ fundamental hüquqlardan biridir, o olmadan hüquqi dövlət mövcud deyil və Avropa Şurası ideyası da bu hüququn tanınması olmadan mövcud deyil – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Papuaşvili qeyd olunan paylaşımla Avropa Şurası Parlament Assambleyasında (PACE) Gürcüstan məsələsi üzrə məruzəçilərin konstitusiya iddiası ilə bağlı bəyanatına münasibət bildirir.
“İstənilən subyektə qarşı onun öz hüququndan istifadə edib məhkəməyə müraciət etməsinə görə irəli sürülən ittiham ya bu fundamental prinsipin dərk edilməməsi, ya da bu hüququn əlindən alınmasıdır. Həm birinci, həm də ikinci narahatedicidir.
“Gürcü Arzusu”nun istənilən təşəbbüsü ilə bağlı mexaniki tənqid göstərir ki, düşünülmüş mövqe ilə deyil, impulslar səviyyəsinə endirilmiş reaksiya ilə qarşı-qarşıyayıq” – Şalva Papuaşvili yazıb.
“Gürcü Arzusu” fraksiyası, siyasi qruplar – “Xalqın Gücü” və “Avropalı Sosialistlər” birgə konstitusiya iddiası hazırlayıblar. Bu iddia ilə üç siyasi partiyanın fəaliyyətinin qeyri-konstitusion hesab edilməsi və onların qadağan edilməsi tələb olunur. Bu partiyalardır: vətəndaşların siyasi birliyi “Birlik – Milli Hərəkat”; vətəndaşların siyasi birliyi “Dəyişiklik Naminə Koalisiyası, Qvaramia, Melia, Qirçi, Droa; vətəndaşların siyasi birliyi “Güclü Gürcüstan – Lelo, Xalq Naminə, Azadlıq Naminə”.