Şalva Papuaşvili - Gözəl sözlərlə deyirlər ki, Ukrayna Avropa İttifaqının ön cəbhəsidir, lakin öz qanlarını tökmək istəmirlər, Brüsselin göstərişləri ilə hərəkət etsəydik, dağıdılmış ölkə olardıq
Şalva Papuaşvili - Gözəl sözlərlə deyirlər ki, Ukrayna Avropa İttifaqının ön cəbhəsidir, lakin öz qanlarını tökmək istəmirlər, Brüsselin göstərişləri ilə hərəkət etsəydik, dağıdılmış ölkə olardıq

 

Brüsselin göstərişləri ilə deyil, Gürcüstanın milli maraqları ilə hərəkət etdik, ona əməl etsəydik, bu gün iqtisadi və fiziki cəhətdən dağıdılmış ölkə olardıq – bu barədə parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazıb.

“Bu cədvəllərdə 2021-2024-cü illərdə Gürcüstan və Moldovanın iqtisadi artımının müqayisəsi təqdim olunur. 2021-ci ildə Moldova 13,9% iqtisadi artımla, “COVID” səbəbindən yaranan iqtisadi tənəzzüldən hətta bizdən daha güclü şəkildə çıxdığı halda, müharibənin başlanması ilə o, sıfırın altında və ya sıfıra yaxın göstəricilər ilə kəskin iqtisadi durğunluq yaşayır.

2021-ci ildə Gürcüstanın büdcəsi Moldovanın büdcəsindən 2,4 milyard dollar çox olduğu halda, 2025-ci ildə büdcəmiz Moldovanı 4,8 milyard dollar ötür, yəni beş ilə büdcələr arasındakı fərqi iki dəfə artırmışıq.

Bütün bunlar Moldovaya namizədlik də verildiyi, danışıqların açıldığı, hətta Səma mannası belə vəd olunduğu və inkişaf nümunəsi kimi göstərilmək istənildiyi halda baş verir, bizi isə haqsız hücumların və Sovet üslubunda təhdidlərin hədəfinə çevirdilər.

Bəs nə baş verdi? Biz nə etdik və ya nə etmədik ki, nəticədə də iqtisadi artım baxımından bütün Avropa ölkələri ilə müqayisədə lider olduq, Moldovada isə kəskin iqtisadi durğunluq hökm sürür?

Cavab aydındır: Brüsselin göstərişləri ilə deyil, Gürcüstanın milli maraqları ilə hərəkət etdik, ona əməl etsəydik, bu gün iqtisadi və fiziki cəhətdən dağıdılmış ölkə olardıq.

Heç kimin ölkəmizin mənafeyini öz maraqlarından üstün tutmayacağını anlamaq üçün bu tarix hər kəsə dərs olmalıdır. Kiyev rəsmi şəkildə bizdən döyüşçülər göndərməyimizi tələb edəndə biz bu dərsi aldıq; Brüssel bizdən Rusiya ilə sərhədi bağlamağı tələb edəndə bu dərsi aldıq; Onlar gözəl sözlərlə Ukraynanın Avropa İttifaqının ön cəbhəsi olduğunu, lakin bu cəbhədə öz qanlarını tökmək istəmədikləri deyəndə bu dərsi alırıq” – Şalva Papuaşvili yazıb.