Şalva Papuaşvili – Görünür, Peter Fişerin vəziyyətində əvvəlcə yalanla manipulyasiya etmək, sonra həqiqəti görməməzlikdən gəlmək mümkündür, qaydalara əsaslanan beynəlxalq nizam isə pozulub, lakin dürüstlük nə günah edib?

12:31, 10.03.2026

 

Ümumi olaraq bilinən alman dürüstlüyü belə hallarda üzrxahlıq etməyi nəzərdə tutur, lakin cənab Peterin vəziyyətində görünür, əvvəlcə yalanla manipulyasiya etmək, sonra isə həqiqəti görməməzlikdən gəlmək mümkündür – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvili Almaniyanın səfiri Peter Fişerin – “Avropa İttifaqının 20-ci paketində Ğulevi limanı ilə bağlı həm qanunvericilik təklifi, həm də dəlillər paketi olub” deyə fevralın 24-də Ğulevi terminalı ilə bağlı verdiyi bəyanata münasibət bildirir.

“Qaydalara əsaslanan beynəlxalq nizam isə pozulub, lakin dürüstlük nə günah edib?!” – Şalva Papuaşvili yazır.

Məlumat üçün bildirək ki, Avropa İttifaqı Gürcüstanda yerləşən Ğulevi neft terminalını Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə daxil etməyib. Avropa İttifaqının sanksiyalar məsələləri üzrə xüsusi nümayəndəsi Devid O’Sallivan müvafiq qərar haqqında Gürcüstanın xarici işlər naziri Maka Bocorişviliyə məktubla məlumat verib.

Oxşar