Şalva Papuaşvili - Geosiyasi cəhətdən əhəmiyyətli proseslərin baş verdiyi, ticarət yollarının yeni marşrutlarının açıldığı və Gürcüstanın rolunun artdığı bir vaxtda indi Hindistan tərəfindən Gürcüstana böyük maraq var
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə Hindistana səfərini yekunlaşdırıb.
Papuaşvilinin dediyi kimi, bu, tarixi səfər idi.
“Tarixi səfərdir, çünki Gürcüstan və Hindistan arasında ikitərəfli münasibətlər ərzində Gürcüstandan ən yüksək vəzifəli şəxsin ilk səfəri idi. Bununla ölkələrimiz arasındakı münasibətlərə xüsusi təkan veriləcək, xüsusilə parlamentlərarası əməkdaşlığa. Bu gün ölkənin vitse-prezidenti ilə görüşümüz oldu, o eyni zamanda Ştatlar Şurasının sədridir. Onunla Hindistanın yuxarı palatası ilə Gürcüstan arasındakı münasibət haqda danışdıq. Aşağı palatanın rəhbəri ilə görüşdə olduğu kimi, burada da razılaşdıq ki, parlamentlərimiz arasındakı münasibət komitələr və ya dostluq qrupları səviyyəsində intensiv olsun. Dostluq qrupu Hindistanın yuxarı palatasında da yaradılacaq. Ən əsası, geosiyasi cəhətdən əhəmiyyətli proseslərin baş verdiyi, ticarət yollarının yeni marşrutlarının açıldığı və Orta Dəhlizin ölkəsi kimi Gürcüstanın rolunun artdığı bir vaxtda indi Hindistan tərəfindən Gürcüstana böyük maraq var. Ümumilikdə, səfər səmimi və dostcasına keçdi. Ev sahibləri Hindistan xalqına xas olan qonaqpərvərliyi göstərmək istəyirdilər. Əlbəttə, biz onların Gürcüstana səfərini gözləyirik. Biz dünya beşliyinə daxil olan iqtisadiyyatdan danışırıq. Bu, həm siyasi, həm də iqtisadi təsir baxımından sürətlə inkişaf edən ölkələrdən biridir. Gələcək onilliklərdə Hindistanın dünyanın iqtisadi və siyasi inkişafında həlledici rolu olacaq. Buna görə də sevinirik ki, belə səmimi və xüsusi qarşılanma təşkil etdilər” – Şalva Papuaşvili bildirib.