Şalva Papuaşvili - Gələn sessiya həftəsində baş prokuroru seçə bilmək arzumuzdur
Gələn sessiya həftəsində baş prokuroru seçə bilmək arzumuzdur – bu barədə parlamentin sədri Şalva Papuaşvili deyib.
O bildirib ki, Prokurorluq Şurası baş prokurorluğa namizədliyi müzakirə edir, bundan sonra proses parlamentə keçəcək.
“Prokurorluq Şurasının onlara verilmiş konstitusiya səlahiyyətləri çərçivəsində namizədliyi seçmək və heç bir kənar müdaxilə olmadan qərar qəbul etmək üçün səmərəli imkan əldə etməsi üçün qanunvericilik dəyişiklikləri qəbul etdik. Şura bunu müzakirə edir və yekun qərar olanda, proses parlamentə keçəcək. Parlament formatında bu məsələnin müzakirəsini davam etdirəcəyik. Gələn sessiya həftəsində baş prokuroru seçə bilmək arzumuzdur” – Şalva Papauşvili bildirib.