Şalva Papuaşvili -"qara siyahılar" Milli Hərəkatın tanınmış metodudur, hakimiyyətdə olduqları zamanı da var idi indi də var
Şalva Papuaşvili -"qara siyahılar" Milli Hərəkatın tanınmış metodudur, hakimiyyətdə olduqları zamanı da var idi indi də var

“Qara siyahılar” Milli Hərəkatın tanınmış metodudur, hakimiyyətdə olduqları zamanı da var idi indi də var, – bu barədə Parlamentin sədri, Şalva Papuaşvili yaradılması ideyası Mixail Saakaşviliyə məxsus olan “qara siyahllar” haqqında danışarkən bəyan etdi.

“Qara siyahılara” gəldikdə, bu ki, yeni deyil, ümumiyyətlə tanınmış metoddur, o cümlədədn Milli Hərəkatın. Hakimiyyətdə olduqları zamanı da “qara siyahıları” var və bunu hamı bilir. Konsertə kimi dəvət etməli idilər kimi yox, işə kimə qəbul etməli idilər kimi yox. İndi də müxalifətdə var bu siyahılar. Uzun müddətdir bu siyahılar var. Kimi bulinqləsinlər kimi yox. Hakimiyyətə gəldikləri zaman və siyahılara qayıdacaqlar. Artıq başqa cür istifadə edəcəklər represiyalar üçün”, – Şalva Papuaşvili bəyan etdi.

Bununla yanaşı, Papuaşvili keçmiş prezidentin, Saakaşvilinin tələbinə də şərh verdi, Parlamentdə onun işi üzrə istintaq komissiyasının yaradılması barəsində. Papuaşvilinin dediyinə görə, Milli Hərəkat 50 deputatın dəstəyini qazanmalıdır.

“İstintaq Komissiyasına gəldikdə, bu, Gürcüstan parlamentinin reqlamentində nəzərdə tutulmuş və 50 deputatın istifadə edə biləcəyi alətdir. Beləliklə, təşəbbüskar kimdirsə, onun özü də 50 deputatın dəstəyini toplamalıdır”, – Şalva Papuaşvili bəyan etdi.