Şalva Papuaşvili - Fransalıların 61%-nin Makronun istefasını dəstəklədiyini və 50%-nin Milli Assambleyanın buraxılmasını istədiyini nəzərə alsaq, yeni seçkilər siyasi böhrandan yaxşı çıxış yolu ola bilər
Fransalıların 61%-nin Makronun istefasını dəstəklədiyini və 50%-nin Milli Assambleyanın buraxılmasını istədiyini nəzərə alsaq, yeni seçkilər siyasi böhrandan yaxşı çıxış yolu ola bilər – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili yazır.
Papuaşvili bu sözləri X sosial şəbəkəsində yazıb.
“Fransanın daxili siyasətinə qarışmaq niyyətində deyiləm, lakin Fransalıların 61%-nin Makronun istefasını dəstəklədiyini və 50%-nin Milli Assambleyanın buraxılmasını istədiyini nəzərə alsaq, yeni seçkilər siyasi böhrandan yaxşı çıxış yolu ola bilər” – Şalva Papuaşvili yazır.
Məlumat üçün bildirək ki, “Le Figaro” üçün aparılan tədqiqata əsasən, fikri soruşulanların on nəfərindən altısı Emmanuel Makronun istefasını dəstəkləyir. Xüsusilə, sorğuya əsasən, respondentlərin 61%-i Emmanuel Makronun istefasını dəstəkləyir.