Şalva Papuaşvili fevralın 28-də üç il əvvəl onun kabinetində hansı görüşün baş tutduğunu və Ukraynadakı müharibə ilə bağlı hansı tələblərin olduğunu ətraflı xatırlayacağını bildirir
Şalva Papuaşvili fevralın 28-də üç il əvvəl onun kabinetində hansı görüşün baş tutduğunu və Ukraynadakı müharibə ilə bağlı hansı tələblərin olduğunu ətraflı xatırlayacağını bildirir

 

İndi fevralın 28-i gələcək və üçüncü ildönümündə mən öz kabinetimdə hansı görüşün baş tutduğunu və o vaxt hansı tələblərin olduğunu mütləq təsvir edəcəyəm – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın Birinci Kanalının “Maka Tsintsadze ilə aktual mövzu” verilişində qonaq olarkən deyib.

Verilişin aparıcısı Şalva Papuaşviliyə sual ünvanlayıb ki, Ukraynada müharibə başlayandan bəri hakim komanda mütəmadi olaraq Gürcüstanda ikinci cəbhə təhlükəsindən danışırdı, bir neçə diplomat tərəfindən təzyiq edildiyi, eləcə də beynəlxalq təzyiq haqda söz-söhbət gedirdi və bu gün Tramp administrasiyası bütün istiqamətlərdə açıq şəkildə danışarkən, hakim komandanın da konkret ad və soyadlarla danışmasının vaxtı yetişməyibmi? Bu suala cavabında Papuaşvili bəzi detallar haqda artıq danışdıqlarını, fevralın 28-də isə həmin gün üç il əvvəl onun kabinetində baş tutmuş görüşü ətraflı təsvir etmək niyyətində olduğunu deyib.

Həmçinin, Şalva Papuaşvili bildirib ki, indi hansısa düyünlər açılarkən, daha çox məlumat yayılarkən və bu müharibədə bilavasitə iştirak edənlər daha çox şeydən danışarkən, bu insanlar heç olmasa indi nəticə çıxarmalıdırlar ki, heç nə öz ölkənin və millətinin maraqlarından üstün deyil.

“O zaman bu insanlar başqalarının maraqlarını bizim ölkənin maraqlarından üstün tutdular və Gürcüstana qarşı çıxmaq üçün müəyyən qədər başqalarının onlardan istifadə etməsinə icazə verdilər” – Papuaşvili bildirib.

Verilişin aparıcısının fevralın 28-də danışması lazım olanlar haqqında, yəni Gürcüstanın birbaşa müharibəyə cəlb olunması tələbinin olub-olmaması haqqında daha çox danışa bilərmi sualına Şalva Papuaşvili cavab verib ki, o, parlamentin sədri kimi icra qərarları qəbul edə bilmir və bu səbəbdən onunla söhbətlər başqa, icra hakimiyyəti ilə söhbətlər başqa olub.

“Hər şeyin öz vaxtı var və hər şey deyilir, lakin Rusiyaya qarşı sanksiyalar tətbiq etməyimiz haqqında çağırışlarını açıq şəkildə inkar edirdilər, sanki onlar bizdən bunu tələb etmirdilər, bu, bağlı qapılar arxasında baş verirdi” – Papuaşvili bildirib.