Şalva Papuaşvili Ermənistan Respublikasının Prezidenti ilə görüşüb

16:19, 31.05.2022

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ermənistan Respublikasının Prezidenti Vahan Xaçaturyanla görüşüb.

Görüşdə parlament sədri qeyd edib ki, Ermənistan prezidentinin Gürcüstana ilk səfəri rəmzi xarakter daşıyır və bu, iki ölkə arasında münasibətlərin əhəmiyyətini bir daha vurğulayır.

Tərəflər Gürcüstan və Ermənistan Respublikası arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığı müzakirə ediblər.

Yüksək səviyyəli səfərlərin dinamikasının artması müsbət qiymətləndirilib. Görüşdə regionda baş verən cari proseslər, regional sülh və sabitliyə nail olmaq üçün atılan addımlar müzakirə edilib. Tərəflər ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.

Oxşar