Şalva Papuaşvili Ermənistan Respublikasının Milli Assambleyasının sədri Alen Simonyan ilə görüşüb
Şalva Papuaşvili Ermənistan Respublikasının Milli Assambleyasının sədri Alen Simonyan ilə görüşüb

Şalva Papuaşvili Ermənistan Respublikasının Milli Assambleyasının sədri Alen Simonyan ilə görüş keçirib.

Görüşdə qeyd olunub ki, yüksək səviyyəli səfərlərin tezliyi və iki ölkə arasında məhsuldar əməkdaşlıq Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın uğurlu inkişafından xəbər verir.

Tərəflər məhsuldar parlamentlərarası əlaqələrdən, eləcə də ticarət, iqtisadiyyat və turizm sahələrində uğurlu münasibətlərdən danışıblar.

Görüşdə Cənubi Qafqazdakı mövcud vəziyyət, Ermənistan–Azərbaycan münasibətlərinin inkişafı və Ermənistan–Türkiyə əlaqələrinin yaxşılaşdırılması məsələləri də müzakirə olunub. Bu proseslərin regional sülhün təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.

Alen Simonyan Ermənistanda keçiriləcək parlament seçkiləri barədə də məlumat verib.

Görüş İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (IPU) 152-ci Baş Assambleyası çərçivəsində baş tutub. Gürcüstan nümayəndə heyətinə Parlamentin sədri Şalva Papuaşvili rəhbərlik edib. Nümayəndə heyətinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri Maia Bitadze də daxil olub.

Məlumatı Gürcüstan Parlamenti yayıb.