Şalva Papuaşvili - Epşteyn qalmaqalına görə müxtəlif şəxslərin ard-arda istefaya getdiyini görürük, belə ki, hər kəs öz Epşteyn adasına baxmalıdır
Epşteyn qalmaqalına görə müxtəlif şəxslərin ard-arda istefaya getdiyini görürük. Belə ki, hər kəs öz Epşteyn adasına baxmalıdır – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papauşvili deyib.
Jurnalist Papuaşviliyə sual ünvanlayıb: “Helsinki Komissiyasında Gürcüstanla bağlı təyin olunan müzakirədən bir neçə saat əvvəl komissiyada qalmaqal olduğunu öyrəndik. Xüsusilə, Helsinki Komissiyasının sabiq yüksək vəzifəli məmuru hazırkı üzvləri korrupsiya sövdələşmələrində, “FARA”dan yan keçməklə maliyyə pozuntularında ittiham edir. Onların arasında Epşteyn qalmaqalı ilə əlaqəli olan konkret şəxslərdən danışır. Bütün bunlar nəyi göstərir?”
Papuaşvilinin qiymətləndirməsinə görə, bu, artıq sivilizasiya uçurumu deyil, insanlığın uçurumudur.
“Epşteyn və onun adası ilə əlaqədar son dövrdə üzə çıxan skandalın fonunda, biz ABŞ-da, eləcə də Avropa ölkələrində müxtəlif yüksək vəzifəli şəxslərin və diplomatların ard-arda istefaya getdiyini görürük. Bu fonda, bu siyasi mənzərənin bir parçası olan insanlardan tənqid eşidəndə, əlbəttə, ortaya çıxan yeganə cavab odur ki, hər kəs öz Epşteyn adasına baxsın. İndi gördüklərimiz, bütün siyasi elitanın iştirak etməsi ilə bağlı indi ortaya çıxanlar çox ağırdır. Bu artıq sivilizasiya uçurumu deyil, insanlığın uçurumudur, sən demə bütün siyasi elitanın böyük və ya mühüm hissəsi, mühüm şəxslər bu işə qoşulublarmış” – Papuaşvili bildirib.