Şalva Papuaşvili - Dövlətə və kilsəyə qarşı eyni simalar mübarizə aparırlar, bu, Gürcüstana, onun dövlətçilik və ya mənəvi tərəfinə elan olunmuş mübarizədir
Şalva Papuaşvili - Dövlətə və kilsəyə qarşı eyni simalar mübarizə aparırlar, bu, Gürcüstana, onun dövlətçilik və ya mənəvi tərəfinə elan olunmuş mübarizədir

 

Bizi gürcü xalqının əsrlərdir izlədiyi əsas mənəvi xətdən kənarlaşdırmağa çalışırlar – bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.

Onun sözlərinə əsasən, dövlətə və kilsəyə qarşı eyni insanlar mübarizə aparırlar.

“Ölkəni tarixi yolundan kənarlaşdırmağa çalışan insanlar qrupu var. Bu tarixi yol həm siyasi, həm də mənəvi həyatda öz əksini tapır. Onlar bizi millətimizin rifahını və ölkənin bütövlüyünü nəzərdə tutan tarixi-siyasi yoldan kənarlaşdırmağa çalışırlar. Həmçinin, bizi gürcü xalqının əsrlərdir izlədiyi əsas mənəvi xətdən kənarlaşdırmağa çalışırlar. Burada təəccüblü heç nə yoxdur. Dövlətə və kilsəyə qarşı eyni simalar mübarizə aparırlar. Bu, Gürcüstana, onun dövlətçilik və ya mənəvi tərəfinə elan olunmuş mübarizədir. Həm millət, həm də ruhanilər Gürcüstanın hansı döyüşdə olduğunu dərk etməliyik. Bu döyüş, indiyə qədər Gürcüstanın və bizim maraqlarımızın xeyrinə ləyaqətlə getdiyi kimi, davam etməlidir” – Papuaşvili bildirib.