Şalva Papuaşvili – Dövlət Bayrağı Gününüzü təbrik edirəm, bu əsas rəmz vətənimizin, onun keçmişinin, indiki zamanının və gələcəyinin əziz olduğu hamını birləşdirdi
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili vətəndaşları Bayraq Günü münasibətilə təbrik edir.
“Dövlət Bayrağı Gününüzü təbrik edirəm!
“Bu əsas rəmz vətənimizin, onun keçmişinin, indiki zamanının və gələcəyinin əziz olduğu hamını birləşdirdi; kimin üçün də Gürcüstanın irəliləyişi və inkişafı ən əsas prioritetdir.
Ən qədim beş xaçlı bayraq bizim cəhdlərimizi və dəyərlərimizi birləşdirir. Onun tarixi Gürcüstanın Avropa seçimini açıqca təsdiq edir.
Biz gür xalqı tərəfindən qəti olara ifadə olunan iradənin yerinə yetirilməsi və ən əsas xarici siyasi məqsədinə nail olmaq üçün işimizi davam etdiririk – gürcü bayrağı Avropa İttifaqının üzv ölkələrinin bayraqları yanında ucaldılmalıdır – onun təbii olduğu yerdə”, – Parlamentin mətbuat xidmətinin yaydığı Şalva Papuaşvilinin təbrikində deyilir.