Şalva Papuaşvili - “Dostluq aktı”nın məzmunu ədalətsizdir, o, vəziyyəti düzgün qiymətləndirməyə əsaslanmır, ümid edirəm ki, ümumilikdə, düzgün qərarlar veriləcək
Şalva Papuaşvili - “Dostluq aktı”nın məzmunu ədalətsizdir, o, vəziyyəti düzgün qiymətləndirməyə əsaslanmır, ümid edirəm ki, ümumilikdə, düzgün qərarlar veriləcək

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Gürcüstanla bağlı qəbul etdiyi “Dostluq aktı”nın məzmunu vəziyyətin düzgün qiymətləndirilməsinə əsaslanmır.

Papuaşvili ümid edir ki, ümumilikdə düzgün qərarlar veriləcək.

“Xarici ölkələr hesab edirlər ki, Gürcüstan parlamentinin qərarlarına onların təsiri olmalıdır, amma bizdə belə bir münasibət yoxdur. Təbii ki, məzmun ədalətsizdir, vəziyyəti düzgün qiymətləndirməyə əsaslanmır. Bu, Gürcüstana qarşı ədalətsizlikdir. Ümid edirəm, ümumiyyətlə, düzgün qərarlar veriləcək və heç bir səhvə yol verilməyəcək”, – Papuaşvili bildirib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Gürcüstanla bağlı “dostluq aktı” qəbul edib.