Şalva Papuaşvili - Dörd il əvvəl müxalifət heç bir şəraitdə parlamentə daxil olmayacaqları ilə bağlı vədi imzaladı, sonra sıraya düzüldülər və hamı daxil oldu, indi bu ssenari tamaşa kimi təkrarlanır
Dörd il əvvəl, noyabrın 3-də “Mtavari Arxi”nin studiyasında müxalifətin toplantısı oldu, orada heç bir şəraitdə parlamentə daxil olmayacaqları ilə bağlı vədi imzaladılar, sonra sıraya düzüldülər və hamı daxil oldu, indi bu artıq tamaşa kimi təkrarlanır – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bugünkü brifinqdə deyib.
“Müxalifət, bir neçə milyonçu “QHT” və onların əcnəbi sahibləri biz gürcü xalqını serialın artıq üçüncü seriyasına baxmağa vadar edirlər. Deyilib ki, tarix ilk dəfə faciə, sonra isə tamaşa kimi təkrarlanır. Faciə kimi dırnaqarası saxtalaşdırılmış seçkilərin tarixi düz dörd il əvvəl təkrarlandı. Yeri gəlmişkən, dünən 3 noyabr idi, 4 il əvvəl, 2020-ci ilin noyabrın 3-də “Mtavari Arxi”nin studiyasında müxalifətin tarixi toplantısı oldu, orada heç bir şəraitdə parlamentə daxil olmayacaqları ilə bağlı vədi imzaladılar, sonra sıraya düzüldülər və hamı daxil oldu. İndi bu artıq tamaşa kimi təkrarlanır, eyni aktyorlar, qurucu rejissorlar, amma tamaşaçının da eyni olduğunu düşünürlər. Hər kəs bu tamaşanı çox yaxşı başa düşür və bu insanlar da bunu müşahidə edirlər” – Şalva Papuaşvili bildirib.