Şalva Papuaşvili - Çox sayda radikal, dezinformasiya yayan partiya və təşkilatları maliyyələşdirdiyinə görə NED həqiqətən də fırıldaqçı təşkilat ola bilər
Şalva Papuaşvili - Çox sayda radikal, dezinformasiya yayan partiya və təşkilatları maliyyələşdirdiyinə görə NED həqiqətən də fırıldaqçı təşkilat ola bilər

 

Çox sayda radikal, voukist, dezinformasiya yayan partiya və təşkilatları maliyyələşdirdiyinə görə NED həqiqətən də fırıldaqçı təşkilat ola bilər – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

“İndi ABŞ-ın daxili siyasi gündəmində nəhayət, NED məsələsi qaldırıldığına görə, NED-in dəstəyi ilə Gürcüstanda vəziyyəti necə və kimin pozmağa çalışdığını xatırlamağa dəyər.

2020 və 2021-ci illərdə NED, guya “müstəqil” “Pirveli” televiziya şirkətini maliyyələşdirməklə, guya media azadlığını və şəffaflığı artırmaq üçün gürcü siyasətinə birbaşa müdaxilə edirdi. Hərçənd, “Lelo” radikal siyasi partiyası və oliqarx Xazaradze bu şirkətin sahibi idi və onu idarə edirdi və məqsədi Gürcüstanın demokratik yolla seçilmiş hökumətini devirmək idi.

2021-ci ilin yerli seçkilərinə qədər NED-in maliyyə dəstəyi ilə “Pirveli” televiziya şirkəti iki gəncin, Baçaliaşvili və Şakaraşvilinin ölümü ilə bağlı panika yaradan (indi artıq təsdiqlənmiş) saxta araşdırmalar seriyasını yayımladı, ictimaiyyəti qəsdən çaşdırırdı və bu ölümləri hökumətin hərəkətləri və ya ehtimal olunan araşdırma çatışmazlığı ilə əlaqələndirirdi.

Üstəlik, NED 2021-ci ildən sonra NED-in vasitəsilə amerikalı vergi ödəyicilərinin pulunu alan QHT-lərin adlarını açıqlamaqdan imtina etdi. Dəfələrlə tələb etməyimizə və onların vədlərinə baxmayaraq, NED-in rəhbərliyi, o cümlədən NED-in o vaxtkı sədri Ken Volak və regional direktoru Miriam Lanskoy NED-in əməliyyatlarının miqyası və gürcü siyasətinə müdaxiləsi haqqında heç vaxt bizə təxmini məlumat vermədi.

Radikal müxalifət tərəfindən keçən il təşkil edilmiş etiraz aksiyaları zamanı NED-in prezidenti Deymon Uilson şəxsən “Vətən” serialının estetikasını xatırladan nitqlə küçəyə toplaşan insanlara müraciət etdi, hökumət əleyhinə etirazların zorakılığa çevrildiyi bir vaxtda onlara tam dəstəyini bildirdi.

Bu, bildiyimiz aysberqin görünən hissəsidir. Çox sayda radikal, voukist, dezinformasiya yayan partiya və təşkilatları maliyyələşdirdiyinə görə NED həqiqətən də fırıldaqçı təşkilat ola bilər” – Şalva Papuaşvili yazır.

Amerikalı milyarder və ABŞ-ın Hökümət Effektivliyi Departamentinin rəhbəri İlon Mask, “Milli Demokratiya Fondu”nun korrupsiya ilə dolu fırıldaqçılıq olduğunu söylədi və sosial media istifadəçilərini NED-in törətdiyi “bütün pislikləri” sadalamağa çağırdı.