Şalva Papuaşvili Çinin Gürcüstandakı səfiri ilə vida görüşü keçirib

15:40, 09.07.2026

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Çinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çjou Çien ilə vida görüşü keçirib.

Parlamentin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Gürcüstan–Çin münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.

“İki ölkə arasında əməkdaşlığın yeni mərhələsi kimi ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsindən hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə xüsusi diqqət yetirilib.

Şalva Papuaşvili həmçinin Çinə etdiyi rəsmi səfərin əhəmiyyətini və keçirdiyi məhsuldar görüşləri vurğulayıb.

Tərəflər artan parlamentlərarası əməkdaşlığı müzakirə ediblər.

Görüşdə Gürcüstan–Çin münasibətlərinin gələcək inkişaf istiqamətləri, regional siyasət məsələləri və əlaqələndirmə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub.

Şalva Papuaşvili səfirə Gürcüstan–Çin münasibətlərinin dərinləşdirilməsinə verdiyi mühüm töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb”, – deyə Gürcüstan parlamentinin məlumatında bildirilib.

Oxşar