Şalva Papuaşvili - Cənubi Qafqaz Avropa ilə Asiya arasında mühüm birləşdirici halqadır, buna görə də Avropa İttifaqının Gürcüstana münasibətdə siyasəti anlaşılmazdır, öz ayağına atəş açmağa bənzəyir
Cənubi Qafqaz Avropa ilə Asiya arasında mühüm birləşdirici halqadır. Məhz buna görə də Avropa İttifaqının siyasəti anlaşılmazdır, onların məsələn Gürcüstana münasibətdə yanaşmalarını gördükdə, öz ayağına atəş açmağa bənzəyir – bu haqda parlamentin sədri Şalva Papuaşvili açıqlayıb.
Onun sözlərinə əsasən, Brüsselin siyasəti təkcə Gürcüstana münasibətdə deyil, qlobal miqyasda qarışıqdır.
“Bəzi avropalı siyasətçilərin bəyanatlarında böyük və dərin fikirlər oxuya bilmirəm, nəzərə alsaq ki, Brüsselin siyasəti təkcə Gürcüstana münasibətdə deyil, ümumilikdə qlobal miqyasda qarışıq vəziyyətdədir. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Avropa Komissiyasının xarici siyasət üzrə nümayəndəsi Kalas ilə heç görüşmür. Avropa İttifaqı qlobal siyasətdəki rolunu faktiki olaraq tamamilə itirib. Görürük ki, artıq böyük qlobal məsələlərdə ondan soruşmurlar və hətta regional məsələlərdə də çox vaxt söz demək imkanı olmur. İlk növbədə, Gürcüstanla dialoqun olması o cümlədən Avropa İttifaqının maraqlarına uyğundur, çünki Gürcüstan və ümumilikdə region Avropa İttifaqını onun iqtisadiyyatı üçün vacib olan resurslar və marşrutlarla birləşdirən bir həlqədir və bu iqtisadiyyat hazırda durğunluq yaşayır” – Şalva Papuaşvili bildirib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Laien Yerevanda cari birinci Ermənistan-Avropa İttifaqı zirvə toplantısında bəyan edib: “Ermənistan Xəzər dənizinə və Mərkəzi Asiyaya doğru ən qısa yolu təmin edir. Bu yol əvvəllər bağlanmışdı, lakin indi Ermənistanın cəsur qərarı ilə vəziyyət dəyişib”.