Şalva Papuaşvili - Çarli Kirkin amansızcasına qətli nifrətin, dehumanizasiyanın və dözümsüz ritorikanın birbaşa nəticəsidir, zorakılığın bu ağlasığmaz aktını qınayıram
Şalva Papuaşvili - Çarli Kirkin amansızcasına qətli nifrətin, dehumanizasiyanın və dözümsüz ritorikanın birbaşa nəticəsidir, zorakılığın bu ağlasığmaz aktını qınayıram

 

Çarli Kirkin amansızcasına qətli nifrətin, dehumanizasiyanın və dözümsüz ritorikanın birbaşa, birmənalı nəticəsidir. Zorakılığın bu ağlasığmaz və vəhşi aktını qınayıram – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili X sosial şəbəkəsində yazır.

Papuaşvili Amerika xalqına və Çarli Kirkin ailəsinə başsağlığı verir.

“Sözlərin ciddi nəticələri ola bilər, nifrət nitqi düşünülmədən dəstəkləndikdə isə əvvəlcədən proqnozlaşdırılmayan hadisələrlə müşaiyət oluna bilər. Avropa İttifaqı, liberalizm və demokratiya adı altında baş verən zorakı dili dəstəkləməkdən çəkinməyə dair tərəfimizdən bəzi xarici rəsmi şəxslərə edilmiş çoxsaylı çağırış və xəbərdarlıq belə proqnozlaşdırıla bilməyən zorakı aktlardan Gürcüstanın qorunmasına yönəlib. Amerika xalqına, xüsusən də Çarli Kirkin ailəsi və yaxınlarına səmimi başsağlığımı çatdırıram” – Şalva Papuaşvili yazır.

Yuta Veli Universitetinin tədbirində atəş açılan mühafizəkar şərhçi Çarli Kirk həlak oldu. Yayılmış məlumata əsasən, Kirk atəş açılan zaman təqdimat keçirirmiş. Onu xəstəxanaya çatdırıblar və onu xilas etmək mümkün olmayıb. Donald Trampın müttəfiqi hesab edilən Kirk mühafizəkar tələbə hərəkatının rəhbəri idi.