Şalva Papuaşvili - Bütün vasitələrdən istifadə etdik, lakin görürük ki, bəzi hallarda bu işə yaramır, qaydalara əsaslanan nizamı heç kimin pozmaması gərəkdiyini izah etmək üçün səfirləri çağırmaq vacib idi
Şalva Papuaşvili - Bütün vasitələrdən istifadə etdik, lakin görürük ki, bəzi hallarda bu işə yaramır, qaydalara əsaslanan nizamı heç kimin pozmaması gərəkdiyini izah etmək üçün səfirləri çağırmaq vacib idi

 

Biz şəxsi görüşlər, ictimai çağırışlar, izahat kimi bütün digər vasitələrdən istifadə etdik, lakin görürük ki, bəzi hallarda bu işə yaramır. Ona görə də qaydalara əsaslanan beynəlxalq nizamı heç kimin pozmaması gərəkdiyini onlara izah etmək üçün bu diplomatik tədbirdən istifadə etmək də, səfiri çağırmaq vacib idi – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşvili bildirib ki, hamı qaydalara və konvensiyalara tabe olmalıdır.

“Bu çağırışlar bir istiqamətdə işləmir. Hamı qaydalara və konvensiyalara, bu halda, Vyana Konvensiyasına tabe olmalıdır. Təəssüf ki, bəzi diplomatlar tərəfindən buna tamamilə məhəl qoyulmurdu. Xarici İşlər Nazirliyinin dünənki bəyanatını da gördük. Onlar Peter Fişere Vyana Konvensiyasının, 41-ci maddənin nə demək olduğunu izah etdilər və müdaxilə nümunələri təqdim etdilər. Həmçinin, dünən Peter Fişerdən, o cümlədən Almaniyanın Xarici İşlər Nazirliyindən eşitdik ki, Xarici İşlər Nazirliyinin rəsmi olaraq Almaniya tərəfindən yalan narativ, dezinformasiya və hücumun nümunələrini təqdim etməsini tələb etməsi guya dezinformasiya, yalan narativlərdir. Bu günə qədər bununla bağlı izahat və nümunə almayıb. Başa düşdüyüm qədərilə, o cümlədən çağırılanda, görüşdə belə bu nümunələr təqdim olunmayıb. Yadınızdadırmı, bir vaxtlar, faktiki olaraq, qavrayışlar termini siyasi lüğətdə necə idi, sanki hər şeyi qavrayışlar müəyyənləşdirirdi. İstənilən şeyi deyə bilərsən ki, sənin qavrayışın var, kimsə yalan danışır ki, kimsə nəsə edir və bu o deməkdir ki, sənə dəlil lazım deyil, çünki illüziyaların, təxəyyülün yeganə dəlildir? Biz gürcü siyasi lüğətində bu termini öldürdük və faktları onunla qarşı-qarşıya qoyduq. Bu gün heç kim arqumentlər olmadan qavrayışlarla danışmağa cürət edə bilmir. Hər kəsdən faktları istəyirik.

Ekstremizmin təşviqindən danışanda konkret nümunə çəkirik. Peter Fişerlə bağlı konkret nümunə çəkdik. Belə ki, azyaşlı övladı ilə birlikdə olan qadın deputatın üstünə cuman, onu təhqir edən, qul adlandıran qruplaşma var. Ertəsi gün yenə çıxıb, azyaşlı övladı ilə birlikdə olan qadın deputata qarşı eyni sözləri səsləndirdilər. Hadisədən sonra Peter Fişer bu qruplaşma ilə görüşdü, şəkillər çəkdirib “Twitter”ə yerləşdirdi və bu insanların Gürcüstanın gələcəyi olduğunu dedi. İndi Peter Fişer və ya onun tərəfdarlarından biri desin ki, azyaşlı övladı ilə birlikdə olan qadın deputatın üstünə cummaq, dehumanizasiya məqsədi daşıyan terminologiya ilə hücum, təhqir, qul adlandırmaq radikalizm deyil.
O zaman arqumentlər çəksinlər. İkincisi, bu insanlarla görüşüb Gürcüstanın gələcəyi olduğunu deyəndə bu, radikalizmin təşviqidir. Bu məsələyə münasibət göstərilməsini gözləyirəm. Təhqir, hücum ifadə azadlığı ilə qorunmur. Bu, cavabdır. Səfirliklərin bunun həqiqət olmaması haqda bəyanatını gördük. Uşaq bağçası deyil, əgər nəsə həqiqət deyilsə, arqument çəkməlisən” – Papuaşvili bildirib.

Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer dünən, sentyabrın 24-də Xarici İşlər Nazirliyinə çağırılmışdı. Bu gün isə Böyük Britaniyanın səfiri Qaret Uord Xarici İşlər Nazirliyində idi.