Şalva Papuaşvili - Bu günə qədər biz nə zorakılığın hər hansı bir aktının, nə də ləyaqəti alçaldan hər hansı bir kampaniyanın qınanıldığını görmüşük, qınamamaq isə təşviq etmək deməkdir
Bu günə qədər biz nə zorakılığın hər hansı bir aktının, nə də ləyaqəti alçaldan hər hansı bir kampaniyanın qınanıldığını görmüşük, qınamamaq isə təşviq etmək deməkdir – bu haqda parlamentin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
O bildirib ki, ləyaqəti başqa bir xalqın həyatına müdaxilə üçün bəhanə olaraq gətirmək ikiüzlülükdür.
“Avropa fondlarından istifadə etməklə və Avropa adından maliyyələşdirildikdə, ləyaqəti başqa bir xalqın həyatına müdaxilə üçün bəhanə olaraq gətirmək necə də ikiüzlülükdür : faşist saytı mona.ge; nifrət dolu və ləyaqəti alçaldan isterik hücumlar; düşmənçiliyi oyadan təbliğat; “Molotov kokteyli”nin reklamı. Bu günə qədər biz nə zorakılığın hər hansı bir aktının, nə də ləyaqəti alçaldan hər hansı bir kampaniyanın qınanıldığını görmüşük, qınamamaq isə təşviq etmək deməkdir” – Şalva Papuaşvili yazır.