Şalva Papuaşvili - Bu gün küçədə zorakılığın Avropa İttifaqının bayrağına bürünmüş şəkildə gəzməsi paradoksu ilə qarşılaşmışıq
Şalva Papuaşvili - Bu gün küçədə zorakılığın Avropa İttifaqının bayrağına bürünmüş şəkildə gəzməsi paradoksu ilə qarşılaşmışıq

 

Donorlar tərəfindən vəsaitin xərclənməsi nəticələrinə görə məsuliyyətdən yayınma fonunda, bu məsələnin qanunvericiliklə tənzimlənməsi yeganə yol olaraq qaldı. 2023-cü ilin yazından parlament məqsədi gürcü siyasətində kölgə maliyyələşməsinin ictimailəşdirilməsi olan qanunvericilik prosesinə başladı – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili 10-cu çağırış parlamentinin fəaliyyət hesabatını təqdim edərkən bildirib.

Şalva Papuaşvilinin çıxışında qeyd etdiyi kimi, şəffaflıq haqqında qanun və onun ətrafında baş verən hadisələr “lakmus kağızı” rolunu oynayıb.

“Hər hansı bir dövlət milyonlarla dollar xərcləməklə başqa bir cəmiyyətin həyatına təsir edə və bu cəmiyyətdən həmin vəsaitin nə üçün və nəyə xərcləndiyini gizlədə bilməz. Başqa bir dövlətə qarşı bu cür qəyyumluq münasibəti, “üçüncü dünya” və “banan respublikası” kateqoriyalarında düşüncə artıq XX əsrdə qalıb. Şəffaflıq haqqında qanun və onun ətrafında baş verən hadisələr “lakmus kağızı” rolunu oynadı. 2023-cü ildə inqilabi hərəkatın estafetini birbaşa xarici siyasətçilər və donorlar təhvil aldılar və ön plana keçdilər. Məhz bu səbəbdən səfirlərdən biri “Şəffaflıq haqqında gürcü qanunu”nu ilk olaraq “rus qanunu” adlandırdı, məhz bu səbəbdən başqasını “Molotov kokteyli” ilə yandırmağa çalışan şəxsi qəhrəman kimi təqdim etdilər. Məhz bu səbəbdən daş atmağa – “sülh”, daş atan şəxsin saxlanılmasına isə “müharibə” dedilər. Lakin, necə ki “Molotov kokteyli” bizim cəmiyyətimiz üçün yad və qəbuledilməzdir, eyni şəkildə ölkəmizin taleyinin xarici kuratorlara təhvil verilməsi də yad və qəbuledilməzdir. Biz prosesi yavaşlatdıq və bu səbəbdən bu inqilab cəhdi də uğursuz oldu. 2023-cü ildə Gürcüstanda parlament seçkilərinə təsir göstərən bütün daxili və ya xarici aktorlar ( oyunçular) ifşa olunub və üzə çıxarılıb.

Məhz bu səbəbdən 2024-cü ildə biz seçki kampaniyasını misli görünməmiş xarici müdaxilə fonunda keçirdik. Bizə dedilər ki, bu, final döyüşü olacaqdı – hamı birinə qarşı. Bu, bir referendum olacaqdı. Kollektiv “Milli Hərəkat”, böyük və ya kiçik QHT-lər, aktivist media işçiləri, destruktiv partiya media kanalları, təlim keçmiş hazır nümayişçilər, xarici donorlar və diplomatlar hamısı birlikdə referendum olaraq vəftiz edilən seçkilərə qatıldılar – başlarında isə getməkdə və müddəti bitməkdə olan prezident dururdu. Tək ayaq üstə duran, xarici maraqlara uyğun, Avropa perspektivinin kağızına bürünmüş gündəlik “Gürcü Arzusu”nun təcəssümü olan əsl, milli, gürcü maraqlarına əsaslanan sülh və rifah gündəliyinə qarşı çıxdı. Xoşbəxtlikdən, tarixi dərslərə və dərin sivilizasiya yaddaşına sahib gürcü milləti, seçicilərin tam əksəriyyəti, harada həqiqət, doğruluq və ölkənin əsl marağı olduğunu açıq şəkildə gördü və düzgün seçimini də etdi. Güc birlikdədir, xeyir birləşdirir, şər isə ayırır.
Tarixən Gürcüstanın məğlubiyyət formulu da məhz bu olub – parçalanma və təklənmə. Bu dəfə də bizə bu qütbləşməni xarici qüvvələr sırıdı, onların kanvaslı və ya USAID tərzi təbliğatı, nifrət və ya qanuniləşdirilmiş zorakılıq az qala Avropa İttifaqı ilə eyniləşdirildi. Bu faciəvi vəziyyətdə Avropa İttifaqı ölkələrinin bəzi siyasətçiləri və diplomatlarının birbaşa payı var. Bu gün küçədə zorakılığın Avropa İttifaqının bayrağına bürünmüş şəkildə gəzməsi paradoksu ilə qarşılaşmışıq. Belə vəziyyətdə qələbə formulunun adı birlik, iradə və inamdır – öz ölkənə, öz xalqına, öz tarixinə. Biz bu həlledici mübarizədə qalib gəldik. Onuncu çağırış parlamenti dönüş nöqtəsinə çevrildi – biz milli marağı ölkənin inkişafının əsas təməli etdik və siyasi qərarların qəbul edilməsinin əsas prinsipi kimi müdrikliyi seçdik.
Müdriklik isə araba aşmazdan əvvəl yolu görməkdir. Biz də məhz bunu bacardıq. Nə arabamız aşdı, nə də ölkənin çarxı geriyə döndü. Bu missiyanı indi on birinci çağırış parlamenti təhvil alıb. Bu gün biz başladığımız işi davam etdirir və ölkənin maraqlarına xidmət etməyə davam edirik. Ölkənin birləşməsi və hər bir vətəndaşımızın rifahı bizim iki əsas milli vəzifəmizdir. Bütün digər məqsədlər, niyyətlər və arzular bu iki meyarla ölçüləcək. Tanrı bu işdə bizə kömək olsun” – Şalva Papuaşvili bildirib.