Şalva Papuaşvili - Bu gün gürcü xalqı seçki qutularında öz sözünü deyəcək və qabiliyyətsiz radikalları tarix çayına atacaq, müdafiə qabiliyyətli demokratiyanın bütün gücü bundadır
Şalva Papuaşvili - Bu gün gürcü xalqı seçki qutularında öz sözünü deyəcək və qabiliyyətsiz radikalları tarix çayına atacaq, müdafiə qabiliyyətli demokratiyanın bütün gücü bundadır

 

Bu gün gürcü xalqı seçki qutularında öz sözünü deyəcək və qabiliyyətsiz bütün radikalları tarix çayına atacaq, müdafiə qabiliyyətli demokratiyanın bütün gücü bundadır – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili “Gürcü Arzusu”nun ofisində keçirilən brifinqdə deyib.

O bildirib ki, seçkilər və yalnız seçkilər demokratik cəmiyyətdə xalqın iradəsini ifadə edir, hər cür başqa alternativ və xalq adından danışmaq iddiası sadəcə spekulyasiya və ya əxlaqsızlıqdır.

“Saxta medianın nümayəndələrimizə kameralarla hücum edərək guya seçici səfərbərliyi bir növ pozuntudur görüntüsü yaratmağa çalışması artıq ənənə halını alıb. Vətəndaşlarımız bu yalan narrativi çoxdan deşifrə ediblər, lakin bir daha izah edirəm ki, seçki günü öz seçicilərini səfərbər etmək, onlarla ünsiyyət qurmaq və partiyanın tərəfdarlarının seçkilərdə iştirakının təmin edilməsi təkcə yaxşı beynəlxalq təcrübə deyil, həm də Gürcüstanın Konstitusiyası və qanunvericiliyi ilə nəzərdə tutulmuş fəaliyyətdir. Buna görə də, saxta mediaya müraciət edirəm, artıq köhnəlmiş yanlış narrativin yayılmasına son qoysunlar. “Gürcü Arzusu”nun bütün nümayəndələrinə isə müraciət edirəm, seçkilərdə iştirak üçün seçicilərimizin tam səfərbərliyini təmin etsinlər.

Hazırda biz bir neçə qanun pozuntusu qeydə almışıq: Quriada, Ozurqetinin 20 saylı seçki məntəqəsində müxalifətdən “Lelo”nun təyin etdiyi komissiyanın üzvləri daşınan seçki qutusunun ardınca getmədilər. Batuminin N5 seçki məntəqəsində “Milli Hərəkat”ın tərəfdarı məntəqədə ikinci dəfə olurdu, məntəqəni tərk etmirdi, buna görə də polis müdaxiləsi və onun məntəqədən çıxarılması zəruri oldu.

Hamımız yadda saxlamalıyıq ki, demokratiya təkcə imtiyaz deyil, həm də borcdur – ölkəmiz, gələcəyimiz, övladlarımız qarşısında borc. Seçkilər və yalnız seçkilər demokratik cəmiyyətdə xalqın iradəsini ifadə edir, hər cür başqa alternativ və xalq adından danışmaq iddiası sadəcə spekulyasiya və ya əxlaqsızlıqdır. Lakin bu gün gürcü xalqı seçki qutularında öz sözünü deyəcək və qabiliyyətsiz bütün radikalları tarix çayına atacaq. Müdafiə qabiliyyətli demokratiyanın bütün gücü bundadır. Bir daha seçkilərdə iştirak etdiyinizə görə sizə təşəkkürümü bildirmək və sizi fəal olmağa çağırmaq istəyirəm. Bu gün hamımız Gürcüstana seçkilərdə lazımıq” – Papuaşvili bildirib.