Şalva Papuaşvili Brüsselə səfəri çərçivəsində Avropa Parlamentinin sədri ilə görüşəcək
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili gələn həftə Brüsseldə görüşlər keçirəcəyini bildirib.
Şalva Papuaşvilinin Parlament Bürosunun iclasında bildirdiyi kimi, o, Brüsseldə Avropa Parlamentinin sədri ilə görüşəcək.
“Gürcüstan dövləti Aİ-yə üzv olmaq üçün müraciət edib – növbəti addım odur ki, Aİ xüsusi sorğu göndərməlidir, ona görə ölkə qiymətləndiriləcək, birmənalı olaraq bildirilib ki, bu, Ukrayna, Moldova və Gürcüstan üçün eyni dərəcədə sürətli olacaq. Səfərlərə gəlincə, çoxlu səfərlər edilib və gələn həftə mən şəxsən Brüsseldə parlamentin sədri olacağam və Avropa Parlamentinin sədri ilə görüşüm olacaq, biz bunu edirik”, – Şalva Papuaşvili bildirib.