Şalva Papuaşvili - Brüssel "Avropa Demokratiya Fondu"nun Gürcüstanda nəyi maliyyələşdirdiyini dərhal ictimailəşdirməlidir, xərclənən vəsaitin şəffaflığı seçim deyil, öhdəlikdir
Şalva Papuaşvili - Brüssel "Avropa Demokratiya Fondu"nun Gürcüstanda nəyi maliyyələşdirdiyini dərhal ictimailəşdirməlidir, xərclənən vəsaitin şəffaflığı seçim deyil, öhdəlikdir

 
Brüssel “Avropa Demokratiya Fondu”nun Gürcüstanda nəyi maliyyələşdirdiyini dərhal ictimailəşdirməlidir, xarici yardım adı ilə xərclənən vəsaitin şəffaflığı seçim deyil, öhdəlikdir – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvilinin yazdığı kimi, ictimaiyyətin bu fondun fəaliyyətinə münasibətdə qanuni marağı var.

“Brüssel “Avropa Demokratiya Fondu”nun Gürcüstanda nəyi maliyyələşdirdiyini dərhal ictimailəşdirməlidir. ABŞ-ın yeni administrasiyası tərəfindən Amerika xalqının pulunun zərərli siyasi məqsədlər üçün istifadə edilməsinin ifşa olunmasından sonra ictimaiyyətin bu fondun fəaliyyətinə münasibətdə qanuni marağı var. Üstəlik, “Avropa Demokratiya Fondu” əvvəllər də dəfələrlə qalmaqallara qarışıb. Xarici yardım adı ilə xərclənən vəsaitin şəffaflığı seçim deyil, öhdəlikdir”.