Şalva Papuaşvili – Brovarda helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm, xüsusilə də uşaqlara və bütün yaralılara dua edirəm
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili Ukraynaın Brovar şəhərində helikopterin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir.
Papuaşvilinin sözlərinə görə, bu, Ukrayna üçün ürəkağrıdan faciədir.
“Brovar uşaq bağçası yaxınlığında helikopter qəzası nəticəsində faciəvi şəkildə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu, Ukrayna üçün ürəkağrıdan faciədir. Xüsusilə də uşaqlara və bütün yaralılara dua edirəmş Onlara tezliklə sağalma arzulayıram”, – Şalva Papuaşvili “tvitterdə” yazır.