Şalva Papuaşvili Braziliyanın Gürcüstana yeni təyin olunmuş səfiri ilə görüşüb
Şalva Papuaşvili Braziliyanın Gürcüstana yeni təyin olunmuş səfiri ilə görüşüb

 

Parlamentin sədri Şalva Papuaşvili Braziliya Federativ Respublikasının Gürcüstana yeni təyin olunmuş səfiri Karlos Martins Seqlias ilə tanışlıq məqsədli görüş keçirib. Məlumatı parlamentin mətbuat xidməti yayır.

Onların məlumatına əsasən, tərəflər Gürcüstan və Braziliya arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

“Parlament əlaqələrinin gücləndirilməsinin əhəmiyyətinə diqqət yetirilib. Şalva Papuaşvili Braziliya Parlamentinin – Milli Konqresinin Aşağı, Deputatlar Palatasının sədri ilə Cenevrədə keçirilən səmərəli görüşü yada salıb. Tərəflər həmçinin iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına diqqət yetiriblər. Şalva Papuaşvili səfirlə Gürcüstanın uğurlu iqtisadi siyasəti haqda danışıb.

Görüşdə Gürcüstan və Braziliyanın regional siyasətini, eləcə də Braziliyanın 2026-cı ilin prezident və parlament seçkilərinə hazırlığı prosesini müzakirə ediblər.

Şalva Papuaşvili səfirə fəaliyyətində uğur arzulayıb.

Həmçinin, görüşdə Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclik İşləri Komitəsinin sədri Mariam Laşxi iştirak edib” – parlamentin mətbuat xidmətinin məlumatında qeyd olunub.