Şalva Papuaşvili Bolnisi Bələdiyyəsinin əhalisi ilə görüş keçirib
Şalva Papuaşvili Bolnisi Bələdiyyəsinin əhalisi ilə görüş keçirib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deputatlarla birlikdə “Tarixi-mədəni ənənələrə zidd olan soyadların dəyişdirilməsi hüququ haqqında” qanun layihəsi ilə bağlı Bolnisi bələdiyyəsinin əhalisi və vətəndaş fəalları ilə görüş keçirib.

Gürcüstan parlamentində təşəbbüsü irəli sürülən qanun layihəsi etnik azlıqların nümayəndələrinə orijinallıq, yəni onların etnik adət-ənənələri və mədəni özünəməxsusluğu ilə bağlı səciyyəvilik prinsipi əsasında soyad verilməsinin effektiv mexanizminin yaradılmasını nəzərdə tutur.

İclasda qeyd edildiyi kimi, Rusiyanın ölkəmizdə hakimiyyəti dövründə Gürcüstanda yaşayan bəzi etnik qrupların soyadları süni şəkildə yaradılır. Qanun layihəsinin qəbulu nəticəsində soyadın dəyişdirilməsi ilə bağlı müfəssəl prosedur formalaşdırılacaq, bunun nəticəsində müraciət edənlər qeyd olunan xidməti müvafiq dövlət qurumunda ala biləcəklər.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.