Şalva Papuaşvili BMT-dəki daimi nümayəndələrin nümayəndə heyəti ilə görüşüb
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Burundi Respublikası, Küveyt, Lesoto və Nepalın BMT-dəki daimi nümayəndələri ilə görüşüb.
Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə BMT Nizamnaməsi və qaydalara əsaslanan beynəlxalq nizamın qorunmasının əhəmiyyətinə diqqət yetirilib.
“Bu il BMT-nin yaradılmasının 80 illiyinin qeyd olunması faktına diqqət çəkilib. Müasir dünyada mövcud vəziyyəti nəzərə alaraq, BMT-də islahatların əhəmiyyəti qeyd edilib.
Ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında parlament diplomatiyasının roluna toxunulub.
Həmçinin, tərəflər Gürcüstanın işğal olunmuş bölgələrində mövcud vəziyyət barədə danışıblar. BMT-dəki daimi nümayəndələr Gürcüstanın məcburi köçkünlərlə bağlı siyasətini müsbət qiymətləndiriblər. Həmçinin, onlar uğurlu islahatların həyata keçirilməsi baxımından Gürcüstanın dəyərli təcrübəsini vurğulayıblar” – parlament tərəfindən yayılmış məlumatda qeyd olunub.