Şalva Papuaşvili - Biz şadıq ki, ABŞ-nin yeni administrasiyası təkcə zərərli təcrübəni ifşa etməklə kifayətlənmədi, həm də xarici təsirin şəffaflığının zəruriliyi ilə bağlı özü də risklərin sığortalanmasına başladı
Biz şadıq ki, ABŞ-nin yeni administrasiyası təkcə zərərli təcrübəni ifşa etməklə kifayətlənmədi, həm də xarici təsirin şəffaflığının zəruriliyi ilə bağlı özü də risklərin sığortalanmasına başladı – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvili Amerika universitetlərində xarici təsirin şəffaflığı haqqında Donald Trampın icra sərəncamına münasibət bildirib.
“Romalılar müdrik insanlar idi və onların dediklərini dəfələrlə təkrar etmişəm – Yupiterə yaraşan Buğaya yaraşmaz. Nə edək, geosiyasət belə qurulub, böyük-kiçik burada da var. Bəzisi özü üçün istədiyini başqasına çox görür. Bəzən Moskva, bəzən başqa paytaxtlar bəzi şeyləri bizə çox görürdülər, lakin biz özümüzə sahib çıxmalıyıq. Bu təzyiqə də axı dözdük. Ən maraqlısı odur ki, eyni adı var – “xarici təsirin şəffaflığı” – bu halda, konkret olaraq ali təhsil müəssisələrində. Hətta terminoloji cəhətdən bu, bizim “Xarici təsirin şəffaflığı haqqında” qanunumuzla eynidir. Xatırladaq ki, 2023-cü ildə bu gürcü qanununu ilk dəfə “rus qanunu” adlandıran Bayden administrasiyasının səfiri Kelli Deqnan olmuşdu. İlk dəfə o demişdi, bu termini o uydurmuşdu və indi yeni administrasiya tərəfindən artıq bilirik ki, bu sxemlər necə işləyir, USAID, NED və digər donorlar bu prosesə necə qoşulurdu, başqa ölkələrdə demokratiyanın təməlini sarsıtmaları, medianı necə nəzarətdə saxlamaları üçün maliyyələşdirdikləri QHT-lərə necə göstərişlər verirlər. Yeri gəlmişkən, dünən də məlumat yayıldı, “Internews” adlı Amerika təşkilatı idi, onun vasitəsilə də donorun irəli sürdüyü təbliğat xəttinin həyata keçirilməsi üçün minlərlə media orqanı nəzarətdə saxlanılırdı. Beləliklə, vaxtilə Amerika Birləşmiş Ştatlarının sabiq səfiri saxta təbliğat xəttini yaratdı. O, “Bu, xüsusi xidmət orqanlarının təlimat kitabçasındandır” deməyi xoşlayırdı. Doğrudan da, 2023-cü ildə şahidi olduğumuz hibrid müharibə taktikaları məhz xüsusi xidmət orqanlarının kitabçasından oxunan ssenariyə bənzəyirdi. Tamamilə saxta ittihamların mənbəyi məhz ABŞ-nin o vaxtkı səfiri idi, o, əvvəlcə qanun layihəsinə damğa vurdu, sonra USAID və ya bu kimi digər, bu gün Amerika hakimiyyətinin adlandırdığı kimi, “dələduz təşkilatlar”ın maliyyələşdirilməsi ilə parlamentə qarşı zorakı hücum həyata keçirildi” – Papuaşvili bildirib.
Papuaşvilinin qeyd etdiyi kimi, bəzi diplomatlar və ya xarici siyasətçilər Gürcüstana qarşı saxta təbliğat aparıldığı üçün gürcü xalqından üzr istəməlidirlər.