Şalva Papuaşvili – Biz hamımız birlikdə qalib gəldik, çünki gürcü xalqı bir daha qaya kimi dayandı. Gürcü xalqı heç vaxt məğlub olmayacaq, o vaxta qədər ki, biz Vətənimizi, dilimizi və inancımızı ürəyimizdə daşıyırıq
“Gürcü xalqı heç vaxt məğlub olmayacaq, o vaxta qədər ki, biz Vətənimizi, dilimizi və inancımızı ürəyimizdə daşıyırıq və qaya kimi möhkəm dayanacağıq müstəqilliyimizi qorumaq üçün,” – bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bəyan edib.
Onun sözlərinə görə, gürcü xalqı bir daha qaya kimi dayandı.
Eyni zamanda, Papuaşvili hamıya təşəkkürünü bildirib.
“Hamınızı bu qələbə münasibətilə təbrik edirəm. Biz hamımız birlikdə qalib gəldik, çünki gürcü xalqı bir daha qaya kimi dayandı. Bu elə anlardan biridir ki, tariximiz yazılır və bu gün bir daha müstəqil Gürcüstanın tarixi yazıldı. Bütün təzyiqlərə baxmayaraq, o cümlədən son günlərdə beynimizi qarışdırmaq cəhdlərinə, daxildən və ya xaricdən gələn informasiya hücumlarına baxmayaraq, gürcü xalqı qaya kimi möhkəm dayandı və heç kəsi buraxmadı suverenliyimizin o sərhədindən o yana, hansı ki, onu bizim əcdadlarımız müəyyən etmişdilər.
Təşəkkür edirəm hər bir gürcüyə ki, bu gün seçkilərə getdi, səs verdi və “seçilənlərə hakimiyyət mandatının verilməsi” adlanan demokratik prosesin iştirakçısı oldu. İlk növbədə Kaxa Kaladzeyə təbriklərimi çatdırmaq istəyirəm. Həqiqətən mühüm nailiyyətdir, bu, bizim Tbilisidə və bütövlükdə Gürcüstanda göstərdiyimiz böyük nəticədir. Digər 63 merə də bu qələbəni təbrik edirəm. Mən bilirəm bu qələbənin arxasında nə qədər zəhmət dayanır. Mən bilirəm bu qələbənin arxasında necə dəstək dayanır və bu, xalqla birlikdə qazandığımız birgə qələbədir.
Şübhəsiz ki, Bidzina İvanişvili – bu böyük qələbənin ruhverəni və ideya müəllifidir. Bu qaya kimi dayanan möhkəmliyə gücləndirici lazımdır və bizi birləşdirən, gücləndirən əsas insan Bidzina İvanişvilidir. Təşəkkürlər o böyük qələbələrə görə ki, neçə seçkidir gürcü xalqı bunu görür. Gürcü xalqı heç vaxt məğlub olmayacaq, o vaxta qədər ki, biz Vətənimizi, dilimizi və inancımızı ürəyimizdə daşıyırıq və qaya kimi möhkəm dayanacağıq müstəqilliyimizi qorumaq üçün. Təşəkkür edirəm və hamınızı təbrik edirəm,” – deyə Papuaşvili bildirib.