Şalva Papuaşvili Birləşmiş Ərəb Əmirliklərinin yeni təyin olunmuş səfiri ilə görüşdü
Şalva Papuaşvili Birləşmiş Ərəb Əmirliklərinin yeni təyin olunmuş səfiri ilə görüşdü

Parlamentin sədri, Şalva Papuaşvili Birləşmiş Ərəb Əmirliklərinin yeni təyin olunmuş səfiri, Ahmed İbrahim Ahmed Taher Alnuami ilə görüşdü.

Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında əməkdaşlığın artan dinamikası müsbət qiymətləndirildi. Söhbət zamanı yüksək səviyyəli səfərlər, sərmaylər, iqtisadiyyat, turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunuldu.

Şalva Papuaşvili qanunverici orqanlar arasında müsbət əlaqələri, o cümlədən 2022-ci ildə dostluq qrupları arasında ilk onlayn görüşünü xüsusilə qeyd etdi.

Bununla yanaşı, Parlamentlər arasında əməkdaşlıq memorandumunun imzalanmasının vacibliyinə diqqət yetirildi.

Sədr səfirə Gürcüstandakı fəaliyyətində uğurlar arzuladı.